Bakı Dövlət Universiteti
Azərbaycan xalqının milli sərvətidir!
Heydər Əliyev

Hacıyev Sani Tofiq oğlu

Asiya və Afrika ölkələri tarixi kafedrasının professoru, tarix elmləri doktoru
Telefon: +99412 439 10 68
e-mail: s.t.hacıyev@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

  • 2 oktyabr, 1964-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuşdur.
  • 1971-1981-ci illərdə Bakı ş. Nəsimi rayonu 19 saylı orta məktəbində təhsil almışdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1981-1986-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.
  • 1993-cü ildə həmin Universitetin əyani aspiranturasına gəbul olunmuş və 1996-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
  • 1996-cı ildə “Birinci dünya müharibəsi illərində Türkiyə-Rusiya münasibətləri və erməni terroru” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsi almışdır.
  • 2007-ci ildə “XX əsrdə Türkiyəyə qarşı erməni və PKK terroru” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 2008-ci ildə AAK-ın qərarı ilə tarix elmləri doktoru alimlik dərəcəsi almışdır.

ƏMƏK FƏALİYYƏTİ

  • 1986-cı ildə BDU-nun Tarix fakültəsini bitirərək təyinatla Kəlbəcər rayonu 3 saylı orta məktəbinə müəllim vəzifəsinə təyin olunmuşdur.
  • 1988-ci ildə, təyinat müddətini bitirdikdən sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunda baş laborant vəzifəsində çalışmışdır.
  • 1990-cı ildən Bakı Dövlət Universiteti Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasında baş laborant işləmişdir.
  • 1996-cı ildən həmin kafedrada müəllim, 2000-ci ildən isə dosent vəzifəsində calışır.
  • 2000-ci ildən Tarix fakültəsinin dekan müavini, 2005-ci ildən isə dekan vəzifəsinə seçilmişdir.
  • 2011-ci ildən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə seçilmişdir.

TƏDQİQAT SAHƏSİ

  • Müasir dövrdə Türkiyədə terrorizm

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLAR

  • Qafqaz, Yaxın və Orta Şərq dünya siyasətində: tarix və müasirlik // Beynəlxalq elmi-praktik konfrans. Maxaçqala, 2006
  • Türk tarix qurumu. Beynəlxalq konfrans. Ankara 2007
  • Azərbaycan Xalq Cümhuriyyətinin 91-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans. Nyu-York 2009

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Ən yeni dövrdə Asiya və Afrika ölkələrində regional münaqişələr. Bakı, 2007
  • I Dünya müharibəsindən sonra Asiya və Afrika ölkələrində milli azadlıq hərəkatı. Bakı, 2007
  • Türkiyə tarixşünaslığında PKK probleminin incələnməsi üzərinə. Tarix türk qurumu. Ankara, 2007
  • Yaxın və Orta Şərqdə separatçı terrorizm. Hədəf: Türkiyə və Azərbaycan // "Dirçəliş XXI əsr" jurnalı, 2004
  • II Dünya müharibəsindən sonrakı dövrdə Türkiyədə kürdçülük hərəkatı // Bakı Universitetinin xəbərləri, 2004, №2
  • XX əsrin 60-70-ci illərində Türkiyədə kürdçülük təşkilatları və marksizm-leninizm ideologiyası // Tarix və onun aktual problemləri, 2004, №2
  • 1950-ci ildə Türkiyə-ABŞ münasibətləri. ADR-in yaranmasının 73-cü il dönümünə həsr edilmiş BDU gənc tarixçi tədqiqatçılarının elmi konfransının materialları. BDU, 1991

TƏDRIS-METODIKI IŞLƏRI

  • Osmanlı dövləti. 1870-1918-ci illər. Bakı, 2002

MONNOQRAFİYALAR

  • Türkiyə - Rusiya münasibətləri və erməni terroru. Bakı, 1998
  • Müasir Türkiyədə terror. Bakı, 2005