Xarici tələbələrin hazırlıq şöbəsinə qəbulu 26 avqust-10 sentyabr tarixlərində aparılır.

Bakı Dövlət Universitetinin hazırlıq şöbəsinə qəbul olmaq üçün xarici tələbədən tələb olunan sənədlərin siyahısı:

  1. Orta təhsili bitirmək haqqında sənədin notariusda təsdiq edilmiş surəti – 1 ədəd
  2. Pasportun Azərbaycan dilinə tərcümə edilmiş və notariusda təsdiq edilmiş surəti     – 2 ədəd
  3. 3X4 ölçüdə fotoşəkil – 8 ədəd
  4. Tibbi arayış
  5. QİÇS infeksiyasına yoluxmadığına  dair arayış
  6. Tərcümeyi – hal (CV)
  7. BDU-nun rektorunun adına ərizə
  8. ÖSYM sənədi (türk tələbələri üçün)

Sənədlərinin qəbulundan sonra xarici vətəndaş BDU-nun humanitar yönümlü hazırlıq şöbəsinə qəbul olunmuş sayılır, burada ona  müntəzəm dil kursları və ixtisasına uyğun olaraq  aşağıdakı fənlər tədris olunur.

Tədris ili müddətində xarici vətəndaş bir sıra imtahanlar verməli və sonda isə yekun buraxılış imtahanlardan keçməlidir. İmtahanlarını müvəffəqiyyətlə verən abituriyent nəticədə hazırlıq şöbəsini bitirməsi haqqında şəhadətnamə alır və müvafiq fakültənin I kurs tələbəsi sayılır.

FAKÜLTƏLƏR VƏ TƏHSİL HAQQI