1868-ci ildə Avropada Tredyunionçular adı altında Beynəlxalq təşkilat kimi yaranan Həmkarlar İttifaqının BDU-da təşəkkülünün tarixi universitetin yaranması ilə təxminən eyni vaxta düşür. Ona görə də, BDU Həmkarlar təşkilatının da 90 illik çox şərəfli tarixi vardır və bu nüfuzlu təşkilata vaxtilə akademiklər Firudin Köçərli (1944-1952), Sabir Hacıyev (1972-1976), universitetin görkəmli ziyalıları Çingiz Həsənov (1952-1960), Kərim Həsənov (1960-1963), Məmmədxan Rəsulov (1963-1965), Abdulla Məmmədov (1965-1972), Sabir Mustafayev (1976-1979), Yalçın Əlizadə (1979-1989), Tariyel Əhmədov (1989-1996), Məhəmməd Quliyev (1996-2006) kimi nüfuzlu şəxslər rəhbərlik etmişlər. Sovet dövrü adlandırdığımız illərdə ictimai təşkilatlara siyasi əhəmiyyət verildiyindən və Həmkarlar İttifaqları isə Leninin təbirincə «kommunizm məktəbi» adlandırıldığından həmin təşkilat tam siyasiləşdirilmiş və bunun müqabilində də imkanları geniş olmuşdur. Qeyd etmək lazımdır ki, Sovet cəmiyyətində ən kütləvi təşkilatlardan biri olan Həmkarlar İttifaqları öz inkişafında sosialist cəmiyyətinin doğurduğu mürəkkəb siyasi və iqtisadi şəraitlə bağlı olaraq bir sıra çətinlik və ziddiyyətlərlə üzləşmişdir. İstehsal münasibətlərinin bütün prinsiplərinin pozulması ilə xarakterizə olunan sosializm sistemində mövcud olan inzibati-amirlik sistemi, totalitar rejim Həmkarlar İttifaqlarının fəaliyyətini də siyasiləşdirmiş, durğunlaşdırmış və bürokratik dövlət aparatından asılı bir orqana çevirmişdi. Lakin bununla belə, mənzil və avtomobil növbələrinin təşkili, keçmiş SSRİ-nin məşhur Yessentuki, Truskavets, Kislovodsk, Pyatiqorsk kimi şəhərlərində, həmçinin Sosialist respublikalarında olan dünya şöhrətli sanatoriyalara güzəştli göndəriş vərəqəsi vermək və digər bu kimi imkanlar, vaxtilə təşkilata çox nüfuz qazandırmışdı.

Müstəqillik illərindən etibarən, Həmkarlar təşkilatının universitetdə yeganə ictimai təşkilat olmasına baxmayaraq, açıq demək lazımdır ki, onun nüfuzu və mövqeyi sovet dövrü ilə müqayisədə bir qədər zəifləmişdi. Bu proses müstəqilliyin ilk illərində daha qabarıq nəzərə çarpırdı. Ölkədə mövcud olan siyasi qeyri-sabitliyin fonunda bütün ictimai proseslər kimi həmkarlar təşkilatının işində də ətalət hökm sürürdü. 90-cı illərin II yarısından etibarən, respublikada baş verən pozitiv dəyişikliklər həyatın bütün sahələrinə, o cümlədən BDU Həmkarlar İttifaqına da müsbət təsirini göstərməyə başladı.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası XX əsrdə 2-ci dəfə müstəqillik əldə etdikdən sonra 5 fevral 1993-cü il tarixində keçirilən Qurultayında Sovet dövründə mövcud olan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verdi. 1Bu təşkilatın yaranması ilə Həmkarlar İttifaqlarının fəaliyyətində təşəbbüskarlığa, yeniliyə yollar açıldı, dünya Həmkarlar ittifaqları sisteminə qoşulmağa şərait yarandı. Bu proseslər Bakı Dövlət Universitetinin Həmkarlar təşkilatında da getmiş, səciyyə etibarı ilə yeniləşən ictimai qurum kimi, bu komitə daha çox mahiyyətinə yaxın məsələlərlə məşğul olmağa başlamışdır.

Xüsusən son illərdə BDU Həmkarlar Komitəsinin işində əhəmiyyətli canlanma hiss olunur. Əməkdaşların sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini həyata keçirən bir təşkilat kimi onun xidmətləri daha aydın nəzərə çarpır. BDU HİK universitetin ictimai-siyasi həyatında çox fəal iştirak edir. 2 Bu sırada Universitet həyatında baş verən bir çox mühüm hadisələri - o cümlədən yubiley mərasimlərini, möhtəşəm bilik günlərini, məzun günlərini, iməcilikləri, 11rəsm müsabiqələrini, müxtəlif idman və şahmat yarışlarını xüsusi qeyd etmək olar. Artıq 3 ildir ki, Həmkarlar komitəsinin təşkilatçılığı ilə əməkdaşların xahişi nəzərə alınaraq, onların övladları üçün yeni il şənlikləri universitetin böyük akt zalında keçirilir. 3Burada 3000 nəfərdən artıq universitet əməkdaşlarının övladları həm Həmkarlar komitəsinin büdcəsi hesabına təşkil olunmuş yüksək səviyyəli tədbirin iştirakçısı olurlar, həm də valideynlərinin çalışdığı universitetlə tanış olurlar. Ancaq əsas vəzifələrdən biri kimi Həmkarlar İttifaqı Komitəsində əməkdaşların asudə vaxtının səmərəli təşkil olunmasına diqqət ön mövqedədir. Bu məqsədlə yay aylarında daha böyük işlər görülür. Belə ki, BDU-nun Altıağac qəsəbəsində və 2013-cü ildə istifadəyə verilən Qubada  yerləşən tədris-təcrübə bazalərında yüzlərlə əməkdaşın istirahəti üçün hər cür şərait yaradılmışdır. 4İl ərzində şənbə-bazar və bayram günləri BDU-nun Qubada yerləşən tədris-təcrübə bazasında əməkdaşların istirahəti təmin olunmuşdur. Bundan əlavə Respublika Həmkarlar İttifaqları Konfederasiyası və Kurortlar birliyi ilə intensiv əlaqə saxlanaraq əməkdaşların müüalicəsi və istirahəti üçün hər il respublika kurort və sanatoriyalarına 100-dək güzəştli yollayış alınır. HİK-in təşəbbüsü ilə  hər il respublikanın aparıcı turist şirkətləri ilə əməkdaşların istirahətini təşkil etmək məqsədilə ikitərəfli müqavilələr imzalanır. Bundan əlavə, əməkdaşların xahişi iləölkəmizin görməli yerlərinə,muzey və tarixi məkanlara, o cümlədən  Azərbaycandakı müqəddəs ziyarətgahlara, Abşeron pirlərinə  dini ekskursiyalar təşkil edilir.

Məs., son illər ərzində 2 dəfə böyük Elmi Şuranın iclaslarında HİK-in sədri dos. F.A.Şiriyev AR Məcəlləsinin 90-cı maddəsinə uyğun olaraq, 5 günlük iş həftəsinə keçid məsələsini rəsmi şəkildə qaldırmış və bununla əlaqədar idarə heyəti adından müvafiq dövlət qurumlarına müraciətlər etmişdir.5 Nəhayət, 2011-ci il aprelin 1-dən etibarən- 22 illik fasilədən sohra Bakı Dövlət Universitetində 5 günlük iş həftəsinə keçilmişdir.

Son illərdə imtahan sessiyasının nəticələri əsasında araşdırmalar aparılarkən xüsusi zəif nəticələrə və digər pozuntulara yol vermiş müəllimlər haqqında Elmi Şuranın qəbul etdiyi çox sərt qərarlar-həmin adamların tutduğu vəzifədən biryolluq kənarlaşdırılması məsələsi BDU HİK-in iclaslarında müzakirə edilmiş, həmin müəllimlərdən bir çoxunun digər aşağı vəzifəyə keçirilməsi ilə cəza tədbirləri yüngülləşdirilmişdir. Analoji proses əməkdaşların attestasiyası keçirilərkən də baş vermiş, HİK-in qayğısı ilə onlarla əməkdaşın  iş yerini itirməsi halının qarşısı alınmışdır.

BDU Həmkarlar İttifaqı Komitəsi rəngarəng ekskursiyalar təşkil edərək Altıağacdakı dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşən unikal təbii möcüzədə professor-müəllim heyətinin və onların ailə üzvlərinin yaxşı dincəlməsi üçün hər cür şərait yaradır.ALTİ agac Bununla yanaşı çimərlik mövsümü ərzində hər bazar günü Nabrandakı çimərliklərə 1 günlük, şənbə-bazar və bayram günləri Respublikamızın ən gözəl yerlərinə – Qubaya, Qusara, İsmayıllıya, Şamaxıya, Şəkiyə, Masallıya, Lənkərana 2-3 günlük ekskursiyalar təşkil edilir. Bundan başqa, əməkdaşların xahişi ilə dini ekskursiyalar – İranın Məşhəd şəhərinə, Azərbaycandakı müqəddəs ziyarətgahlara, Abşeron pirlərinə mütəmadi yollayışlar olur.AVTOBUS Bayram günlərində bir neçə günlük maraqlı səyahətlər, qış mövsümündə Qusarın «Qayı-bulaq», Şamaxının «Fortuna» istirahət mərkəzlərinə «Qarlı gəzinti» adlı, Qubanın Xınalıq kəndinə «Dünyanın möcüzəsi» adlı və digər rəngarəng ekskursiyalar təşkil edilir. Respublika Həmkarlar İttifaqları Konfederasiyası və Kurortlar Birliyi ilə intensiv əlaqə saxlanaraq əməkdaşların müalicəsi üçün hər il respublika kurort və sanatoriyalarına 100-dək güzəştli yollayış alınır. 2008-ci ildə HİK-in sədri tərəfindən Şimali Qafqazın ən tanınmış sanatoriyaları ilə ikitərəfli müqavilə imzalanmış, bunun nəticəsində əməkdaşların güzəştli şərtlərlə ora göndərilməsi üçün daha əlverişli şərait yaranmışdır.

Həmkarlar İttifaqı Komitəsi əməkdaşların ailələrində baş verən xoşagəlməz və bədbəxt hadisələrlə əlaqədar operativ reaksiya göstərməyə özünü borclu sayır. Son illər ərzində ailələrində gözlənilməz hadisələr baş vermiş yüzlərlə əməkdaşa maddi və mənəvi yardım göstərilmiş, səhhətində problem olan əməkdaşlara qrup halında baş çəkilmiş, lazımi diqqət göstərilmişdir. Dəfn mərasimləri isə Həmkarlar təşkilatının bilavasitə vəzifə borcları sırasına daxil olduğu üçün əvvəldən axıradək bütün məqamlar-nekroloqların hazırlanması, qəzet elanlarının verilməsi, bir çox hallarda dəfn yerinin və dəfn mərasiminin təşkili, nəqliyyat vasitələrinin ayrılması, əklillərin sifariş olunması və s. diqqət mərkəzində olur.

Görkəmli şəxsiyyətlərin yubiley tədbirləri Həmkarlar Təşkilatının ən vacib işlərindəndir. Son illər ərzində bu qəbildən keçirilən Həsən Əliyevin, Mir Cəlalın, Musa Əliyevin, Murtuz Ələsgərovun, Sabir Hacıyevin, Abdulla Muxtarovun, Bəhram Əsgərovun, Qara Mustafayevin, Abuzər Xələfovun, Budaq Budaqovun və başqa beynəlxalq səviyyədə tanınmış ziyalıların yubiley mərasimləri böyük təntənə ilə qeyd edilmişdir.6

BDU Həmkarlar İttifaqı Komitəsinin çoxşaxəli və rəngarəng iş fəaliyyətinə əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onlar üçün ictimai iaşənin keyfiyyətli və ucuz təminatı, əmək intizamının daha da möhkəmləndirilməsi, ehtiyacı olan insanlara diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkil edilməsi kimi vəzifələr də daxildir ki, onları komitə ləyaqətlə yerinə yetirməyə çalışır.

Bu gün BDU Həmkarlar Təşkilatı üzvlərinin sayı 3000-ə yaxındır. Bu insanların hər birinə onların həyatlarının əlamətdar günlərini unudulmaz etmək üçün diqqət göstərilir. HİK-in İdarə Heyətinə 39 nəfər daxildir. İdarə heyəti BDU-nun 17 fakültə, 2 Elmi-tədqiqat institutu, elmi kitabxana, nəşriyyat, lisey və digər qurumları da daxil olmaqla bütün mürəkkəb strukturunu təmsil edir. Həmkarlar ittifaqı təşkilatının ali orqanı yığıncaqdır. Ayda bir dəfədən gec olmayaraq toplanan bu  Rəyasət Heyətinin iclasında  Universitet həyatının ən müxtəlif problemləri müzakirə predmeti olur. Rəyasət Heyətinə Universitetin nüfuzlu ziyalıları, tanınmış alimləri, fakültə və digər qurumların geniş iclaslarında  seçilmiş HT sədrləri daxil edilirlər. Həmkarlar İttifaqı yığıncağı, konfrası HİK-in müvafiq məclis üzvlərini və sədrləri seçir.Bu məclis icra orqanıdır və HİK-in bütün cari işinə rəhbərlik edir. Eyni zamanda təftiş komissiyası seçilir. Bu komissiya fakültə, kafedra və şöbələrdə işlərin gediş qaydasına əməl olunmasını, əməkdaşların təkliflərinə, ərizələrinə və şikayətlərinə baxılması işinin və HİK-in büdcəsinin düzgün icrası,  maliyyə, təsərrüfat faliyyətini təftiş edir. Həmkarlar ittifaqı komitələrinin sədrləri vəzifəsinə seçilmiş şəxslərin əsas iş yeri həmkarlar ittifaqı təşkilatı sayılır və onlar seçkiyə qədər tutduğu əvvəlki vəzifədən azad olunurlar. BDU HİK-də 13 məclis üzvü və 26 sədr fəaliyyət göstərir.

Universitet HİK məclisi fakültə, kafedra və şöbə həmkarlar bürolarının fəaliyyətinə rəhbərlik edir, onların işini əlaqələndirir, müvafiq orqanlarda öz əməkdaşlarının hüquq və mənafelərinə aid məsələlərdə, onları müdafiə etməklə təmsilçi hüququna malikdir. HİK əməkdaşların ictimai işlərin idarə olunmasına cəlb edilməsinə, şüurlu əmək intizamının möhkəmləndirilməsinə, sağlam həyat tərzinin bərqərar edilməsinə nəzarət edir.

Məsələn, 2012-ci ildə keçirilmiş ilk təşkilat seçkilərində və XIII hesabat-seçki konfransında Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin üzvləri aşağıda göstərilən tərkibdə seçilmişdir:7

 

  1. Şiriyev Fikrət Abuzər oğlu

Həmkarlar İttifaqı Komitəsinin sədri,dosent, məclis üzvü

  1. Qasımov Alış Məmiş oğlu

Hüquq fakültəsi, kafedra müdiri, professor,  HİK-də sədr müavini, məclis üzvü

  1. Atakişiyev Akif Əli oğlu

 

Bədən  tərbiyəsi  və  idman kafedrasının müdiri, dosent, HİK-də sədr müavini, məclis üzvü

  1. Babayev Məcnun Şıxbaba oğlu

 

Biologiya fakültəsi, professor, HİK-də sədr müavini, məclis üzvü

  1. Mustafayev Qara Teyfur oğlu

 

Biologiya fakültəsi, kafedra müdiri, professor, məclis üzvü

  1. Məmmədova Şəkər Idayət qızı

 

Coğrafiya fakültəsi, dekan müavini, dosent, məclis üzvü

  1. Qurbanov Elşad Məcnun oğ

 

Biologiya fakültəsi, kafedra müdiri, professor, məclis üzvü

  1. Şirinov Azər Mehdi oğlu

 

Sosial elmlər və psixologiya fakültəsi, dosent, məclis üzvü

  1. Xələfov Abuzər Alı oğlu

 

Kitabxanaçılıq-informasiya fakültəsi, kafedra müdiri, professor, məclis üzvü

  1. Nəsirov Elşad Haqverdi oğlu

 

Hüquq fakültəsi, baş müəllim, məclis üzvü

  1. Hüseynov Şamxal Qarakişi oğlu

Təsərrüfat hissəsi, məclis üzvü

  1. Mehdiyev Məhəmməd Fərman oğlu

Tətbiqi-riyaziyyat fakültəsi, dekan, AMEA-nın müxbir üzvü, professor, məclis üzvü

  1. Yaqubov Məmməd Haqverdi oğlu

Mexanika riyaziyyat fakültəsi, kafedra müdiri, professor, məclis üzvü

  1. Paşayev Aləddin İzzət oğlu

 

Bədən tərbiyəsi və idman kafedrasının HT-in sədri, dosent

  1. Sadıqov Fuad Mikayıl oğlu

Kimya fakültəsinin HT-in sədri, professor

  1. Orucov Akif Sovda oğlu

 

Ekologiya və Torpaqşünaslıq fa­kül­təsinin HT-in sədri, baş  müəllim

  1. Dadaşov Əmrah Neymət oğlu

 

Tarix fakültəsi, dekan müavini, HT-in sədri,  professor

  1. Cəfərova Roza Əli qızı

Elmi kitabxananın HT-in sədri

  1. Məmmədov Kərəm Cahangir oğlu

Beynəlxalq münasibətlər və İqtisa­diyyat fakültəsinin HT-in sədri, dosent

  1. Həsənəliyev Ələkbər Əliş oğlu

Coğrafiya fakültəsinin HT-in sədri, dosent

  1. Qurbanov Məsud  Nizami oğlu

Təsərrüfat hissəsinin HT-in sədri

 

  1. İsmayılova Nigar Nurəddin qızı

Kitabxanaçılıq və informasiya fakültəsinin HT-in sədri, dosent

  1. Qasımov Ərəstun Bəlqiyə oğlu

 

Hüquq fakültəsinin HT-in sədri, dosent

  1. Cavadova Hörmət Qəmbəralı qızı

Sosial elmlər və psixologiya fakültəsinin HT-in sədri, dosent

  1. Süleymanov Nizami Söhbət oğlu

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin HT-in sədri, dosent

  1. Ağakişiyev Əliheydər Yunis oğlu

Filologiya fakültəsinin HT-in sədri, dosent

  1. Rəhimov Kərim Qənbər oğlu

 

Geologiya fakültəsinin HT-in sədri, dosent

  1. Məhəmmədov Əlinağı Zəkəray oğlu

Fizika fakültəsinin HT-nin sədri, dosent

  1. Mahmudov Zaman Mahmud oğlu

Biologiya fakültəsinin HT-nin sədri, dosent

  1. Məmmədova Yeganə Vahid qızı

Tətbiqi riyaziyyat İnstitutunun HT-in sədri

  1. Fəttayev Habil Dövlət oğlu

 

Mexanika-riyaziyyat fakültəsinin HT-in sədri, dosent

  1. Şirinov Faiq Bəşir oğlu

Kompyuter mərkəzinin HT-in sədri

  1. Rüstəmov İmamyar Əliyar oğlu

Nəşriyyatın HT-in sədri

 

  1. Babayev Zaur Kamal oğlu

 

Jurnalistika fakültəsinin HT-in sədri, dosent

  1. Qaraşova Yeganə Musa qızı

İlahiyyat fakültəsinin HT-in sədri, dosent

  1. Əkbərova Təranə Əkrəm qızı

Şərqşünaslıq fakültəsinin HT-in sədri, dosent

  1. Məmmədov Mübariz Zabid oğlu

Fizika Problemləri Institutunun HT-nin sədri

  1. Məmmədova Günay Məmməd qızı

Gənc İstedadlar Liseyinin HT-in sədri

39.Mirzəyev Əmirxan Nizam oğlu

İnzibati idarəetmə strukturlarının HT-in sədri

 

 

 

Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı  Komitəsinin Məclis üzvləri isə aşağıdakı

tərkibdə  seçilmişdir:

  1. Şiriyev Fikrət Abuzər oğlu

Həmkarlar İttifaqı Komitəsinin sədri,dosent, məclis üzvü

  1. Qasımov Alış Məmiş oğlu

Hüquq fakültəsi, kafedra müdiri, professor,  HİK-də sədr müavini, məclis üzvü

  1. Atakişiyev Akif Əli oğlu

 

Bədən  tərbiyəsi  və  idman kafedrasının müdiri, dosent, HİK-də sədr müavini, məclis üzvü

  1. Babayev Məcnun Şıxbaba oğlu

 

Biologiya fakültəsi, professor, HİK-də sədr müavini, məclis üzvü

  1. Mustafayev Qara Teyfur oğlu

 

Biologiya fakültəsi, kafedra müdiri, professor, məclis üzvü

  1. Məmmədova Şəkər Idayət qızı

 

Coğrafiya fakültəsi, dekan müavini, dosent, məclis üzvü

  1. Qurbanov Elşad Məcnun oğ

 

Biologiya fakültəsi, kafedra müdiri, professor, məclis üzvü

  1. Şirinov Azər Mehdi oğlu

 

Sosial elmlər və psixologiya fakültəsi, dosent, məclis üzvü

  1. Xələfov Abuzər Alı oğlu

 

Kitabxanaçılıq-informasiya fakültəsi, kafedra müdiri, professor, məclis üzvü

  1. Nəsirov Elşad Haqverdi oğlu

 

Hüquq fakültəsi, baş müəllim, məclis üzvü

  1. Hüseynov Şamxal Qarakişi oğlu

Təsərrüfat hissəsi, məclis üzvü

  1. Mehdiyev Məhəmməd Fərman oğlu

Tətbiqi-riyaziyyat fakültəsi, dekan, AMEA-nın müxbir üzvü, professor, məclis üzvü

  1. Yaqubov Məmməd Haqverdi oğlu

Mexanika riyaziyyat fakültəsi, kafedra müdiri, professor, məclis üzvü

 

 

2012-ci ildə keçirilmiş hesabat-seçki konfransında

seçilmiş Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı

Komitəsinin Təftiş Komissiyasının üzvləri

 

 

 

Mirzəyev Əmirxan  Nizam oğlu

İnzibati idarəetmə struktur-larının HT-in sədri

Məhəmmədov Əlinağı Zəkaray oğlu

Fizika fakültəsinin HT-nin sədri, dosent

Ağakişiyev Əliheydər Yunis oğlu

Filologiya fakültəsinin HT-in sədri, dosent

Məmmədov Kərəm Cahangir oğlu

Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin HT-in sədri, dosent

Rüstəmov  İmamyar Əliyar oğlu

Nəşriyyatın HT-in sədri

HIK-in  əsas vəzifəsi rəhbərlik qarşısında üzvlərin hüquqlarını qorumaq, rəhbərliyin kollektiv əmək müqaviləsinin və ölkənin əmək qanunlarının şərtlərinə riayət etməsinə nəzarət etmək, əməkdaşlarının  əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir.

Həmkarlar ittifaqı sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququna malikdir. İşçinin layiqli əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsi və həyata keçirilməsi zəruri hesab edilir.
Həmkarlar İttifaqı Komitəsi qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədi ilə işçiləri əmək müqaviləsi bağlanmadan işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində nəzarət edir.

Əməkdaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi,
müəssisə və təşkilatların mənzilə ehtiyacı olan işçilərinin mənzillə təmin edilməsinin təşkili, əməkdaşlara sosial təminat haqqında əlillik, yaşlılıq və ailə başçısının ölümü ilə əlaqədar birdəfəlik müavinətlərin verilməsi, sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin maliyyələşdirilməsinin  təmin edilməsi, işçilərin məzuniyyət hüququndan istifadə etmələrinə nəzarətin gücləndirilməsi,təhlükə mənbəyinə malik olan müəssisələrin işəgötürənləri tərəfindən işlərin görülməsi ilə əlaqədar olaraq, sığorta risklərinin sığortalanmasının müəyyən olunmuş qaydada aparılmasına nəzarətin gücləndirilməsi HİK-in fəaliyyəti çərçivəsindədir.
Əmək məzuniyyəti dövründə işçi əmək qabiliyyətini müvəqqəti itirərsə, əmək qabiliyyətinin itirildiyi bütün günlər üçün müavinətin verilməsi ilə bərabər işəgötürən tərəfindən əmək məzuniyyətinin xəstəlik vərəqəsində göstərilən günlərin sayı qədər uzadılmasına nail olunması rəhbərlik tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsi üzərində nəzarəti  gücləndirmək də vəzifələrə daxildir.

Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu, təhlükəsizliyini, əmək şəraiti ilə bağlı zərərli amillərdən qorunmasını bu amilləri yaradan səbəblərin aşkar edərək aradan qaldırılmasını təmin etmək məqsədilə həyata keçirilən kompleks tədbirlər sistemidir. Əməyin mühafizəsi normalarının, qaydalarının, tələblərinin yerinə yetirilməsinə, əmək qanunvericilinə əməl edilməsinə nəzarəti HİK həyata keçirir. Əmək hüquqlarının müdafiəsini, əməyin mühafizəsini, texniki və ekoloji təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.
Kimyəvi maddələrin istifadəsi zamanı təhlükəsizlik barədə əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması,əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda işləyənlər üçün kollektiv və fərdi mühafizə vasitələrinin istehsalını təşkil etmək,işçilərin təhlükəsiz iş şəraitini təmin etmək məqsədi ilə icra  strukturlarında əməyin mühafizəsi xidmətinin yaradılmasını təmin etmək rəhbərliklə bağlanmış kollektiv müqaviləyə aiddir. İşçilərin əmək qanunvericiliyi və əməyin mühafizəsi norma və qaydaları barədə mütəmadi məlumatlandırılması, maarifləndirici tədbirlərin keçirilməsi təşkilati işlərə daxildir.

Həmçinin,iş rejimi, istirahət vaxtının düzgün bölünməsi,işçilərin məzuniyyət dövrünün səmərəli keçirilməsi üçün istirahət evləri (pansionatlar) yaratmaq və əməkdaşların istifadəsinə vermək,asudə vaxtlarının səmərəli təşkili üçün işçilərin mədəni-kütləvi, sosial, turist-ekskursiya və idman tədbirlərində davamlı olaraq iştiraklarını təmin etmək, bayramlarla (yeni il, novruz bayramı və s.) əlaqədar əməkdaşlarının azyaşlı övladları üçün şənliklərin təşkili HT vəzifələrinə daxildir və BDU HİK bu işlərin reallaşması üçün var qüvvəsini sərf edir.

BDU Həmkarlar İttifaqın əsas vəzifələri

İttifaqın əsas vəzifələrinə daxil olan işçilərinin mənafelərini və həmkarlar ittifaqının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik, icra və məhkəmə orqanlarına müraciət etmək;
işçilərinin əmək və məişət şəraitinin yaxşılaşdırılmasına, üzvlərinin sağlamlığının möhkəmləndirilməsinə dair təkliflər vermək;
kollektiv danışıqlar aparmaq, işəgötürənlər qarşısında öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını müdafiə etmək məqsədi ilə tələblər qoymaq  və məhkəməyə müraciət etmək;15
işəgötürənlər ilə kollektiv sazişi bağlamaq və kollektiv sazişə, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət etmək; 
fərdi əmək mübahisələrinin qanunvericilik çərçivəsində həll olunmasına köməklik etmək, kollektiv əmək mübahisələrinə baxılmasında iştirak etmək;
üzvlərin sağlamlığının möhkəmləndirilməsinə qayğı göstərərək pensiya təminatının, sanatoriya-kurort müalicəsinin və istirahətlərinin təşkilində onlara köməklik göstərmək;
xarici ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə əlaqələr, təcrübə və məlumat mübadiləsini təşkil etmək, ümumrespublika həmkarlar ittifaqı hərəkatı barədə ittifaq üzvlərinə məlumat vermək;
üzvlərinin qanuni hüquq və mənafelərini müdafiə etmək;
ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən ekoloji faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin həyata keçirilməsinə kömək etmək;
üzvlərinin sağlamlığının möhkəmləndirilməsinə qayğı göstərmək, sosial sığortadan səmərəli istifadə olunmasına dair təkliflər vermək, tibbi sığortanın, sanatoriya-kurort müalicəsinin, istirahətin, turizmin, bədən tərbiyəsi və idmanın inkişafına yardım etmək;
həmkarlar ittifaqı təşkilatlarının həmrəyliyini gücləndirmək və inkişaf etdirmək, həmkarlar ittifaqı üzvlərinə pulsuz əmək, sosial və digər hüquqi məsələlər üzrə məsləhətlər vermək, maddi yardım göstərmək;
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nizamnaməsi ilə nəzərdə tutulmuş hallarda onun qərarlarını yerinə yetirmək;
işçilərin əmək, peşə, sosial, inkişaf proqramlarının hazırlanmasında və müzakirə olunmasında iştirak etmək kimi məsələlər BDU HİK-in daim diqqət mərkəzindədir.

İttifaqın nüfuzunun möhkəmləndirilməsi, ittifaq təşkilatlarının məqsəd və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı kömək və  həmrəyliyin göstərilməsi;
həmkarlar ittifaqı orqanlarına seçilənlərin şəxsi məsuliyyəti, seçkili orqanların, onların rəhbərlərinin yuxarı orqanlar qarşısında hesabatlı olması,   həmkarlar ittifaqı kadrlarının peşəkarlığının artırılması hər bir üzvün rəyinə hörmət, məsələlərin müzakirəsi zamanı diskussiyaların azadlığı və həmrəylik BDU HİK İdarə heyətinin əsas məqsədidir.
Həmkarlar ittifaqı orqanları qarşılarında duran vəzifələri yerinə yetirməkdən ötrü BDU HİK daimi və müvəqqəti komissiyalar yaradır, onların səlahiyyətini müəyyənləşdirirlər.

Həmkarlar Təşkilatı  üzvlərinin  hüquqları
Həmkarlar Təşkilatının üzvləri aşağıdakı hüquqlara malikdirlər:
işə qəbul olunması, başqa işə keçirilməsi, işdən azad olunması, əməyin ödənilməsi, məzuniyyət verilməsi, müvəqqəti əmək qabiliyyətini itirməyə və ya qocalığa görə pensiya ilə təmin olunması barədə, əməyin mühafizəsi qaydaları və normaları,  mənzil hüququ barədə qanunvericiliyin tələbləri pozularsa, müvəqqəti iş yerini itirərkən, müəssisənin ləğvi və müflis olması hallarında, digər qanuni hüquq və mənafeləri tapdanarsa həmkarlar ittifaqı orqanlarından hüquqlarının müdafiəsini tələb etmək;
həmkarlar ittifaqı orqanlarından hüquqi, iqtisadi, əməyin mühafizəsi və sosial sığorta məsələlərinə dair pulsuz məsləhətlər, maddi yardım almaq;
həmkarlar ittifaqı orqanlarında işlədiyi müddətdə əmək kollektivi üzvlərinə kollektiv müqaviləyə əsasən verilən hüquq və güzəştlərdən istifadə etmək;
üzvü olduğu təşkilatın fəaliyyətində, o cümlədən qərarların hazırlanması, müzakirə olunması və qəbul edilməsində, onların icrasına və həmkarlar komitəsinin işinə nəzarətin həyata keçirilməsində iştirak etmək;
seçkili orqanlara namizədlər, o cümlədən öz namizədliyini irəli sürmək, seçmək və seçilmək, həmkarlar ittifaqı təşkilatının konfransına nümayəndə seçilmək, irəli sürülmüş namizədlərin xeyrinə təbliğat işi aparmaq;
həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə dair bütün məsələləri yığıncaqlarda, konfranslarda, həmkarlar ittifaqı komitələrinin iclaslarında, mətbuat və digər kütləvi informasiya vasitələrində azad müzakirə etmək, təkliflər, alternativ layihələr irəli sürmək, öz rəyini azad söyləmək və müdafiə etmək, hər hansı həmkarlar ittifaqı orqanının  ünvanına və vəzifəsindən asılı olmayaraq hər hansı həmkarlar ittifaqı üzvünün ünvanına tənqidlə çıxış etmək;
onun fəaliyyəti və davranışı müzakirə olunan iclaslarda şəxsən iştirak etmək;
hər hansı həmkarlar ittifaqı orqanına müraciət etmək və öz müraciətinin mahiyyəti üzrə cavab tələb etmək, həmkarlar ittifaqı təşkilatlarının, rəhbər həmkarlar ittifaqı orqanlarının işi haqqında məlumat almaq.

Həmkarlar Təşkilatının üzvlərinin vəzifələri:
Üzvlərin aşağıdakı vəzifələri vardır:
müvafiq həmkarlar ittifaqı təşkilatının fəaliyyətində iştirak etmək, həmkarlar ittifaqı təşkilatının və seçkili  həmkarlar ittifaqı orqanlarının qərar və tapşırıqlarını yerinə yetirmək, hər ay müəyyən olunmuş qaydada üzvlük haqqını ödəmək;
həmkarlar ittifaqının nüfuzunu qorumaq, həmkarlar ittifaqına zərər gətirən, nizamnamə tələblərinə zidd olan hərəkətlərə yol verməmək, iş yoldaşları ilə hörmətlə davranmaq, qanuni hüquqları pozulan həmkarları ilə həmrəy olmaq;
kollektiv müqavilələrin, razılaşmaların, daxili əmək intizamı qaydalarının tələblərinə əməl etmək.
Həmkarlar ittifaqının işində fəal iştirakına, əməkdə uğurlarına görə üzvlər müvafiq həmkarlar ittifaqı orqanı tərəfindən mənəvi və maddi həvəsləndirilə bilər, həmçinin təltif olunma və fəxri adların verilməsi üçün təqdim edilə bilər.
Nizamnamə tələblərini yerinə yetirmədiyinə, həmkarlar   ittifaqının  parçalanmasına yönəldilmiş, həmkarlar ittifaqına zərər gətirən fəaliyyətinə görə üzvlərə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: xəbərdarlıq, töhmət, həmkarlar ittifaqından xaric  edilmə.                                                                                           
Həmkarlar ittifaqı təşkilatları öz təşkilat quruluşlarını Nizamnaməyə əsasən həll edir, fəaliyyət istiqamətlərini müəyyənləşdirir, yığılan üzvlük haqlarını həmkarlar ittifaqı tərəfindən təsdiq olunmuş smeta üzrə xərclənməsini təmin edirlər.
Seçkili  orqanlar  öz   müvafiq   iclaslarında    təşkilatın yığıncaqlarının (konfranslarının) keçirilməsi qaydalarını təsdiq edir və bu yığıncaqlar (konfranslar) beş ildə iki dəfə keçirilir.8
Cari işləri aparmaq üçün yığıncaqda (konfransda) aşağıdakılar seçilir:
fakültələrdə həmkarlar ittifaqı bürosu;
həmkarlar ittifaqının təşkilatçısı
həmkarlar ittifaqı komitəsi
Ali və 300-dən artıq işçisi ittifaq üzvü olan orta ixtisas təhsili müəssisələrinin həmkarlar ittifaqı təşkilatları Respublika Komitəsinin xidmətinə daxildirlər.
həmkarlar ittifaqı təşkilatlarının əsas vəzifəsi üzvlərin qanuni hüquq və mənafelərini müdafiə etməkdən ibarətdir ki, bu da kollektivə aid bütün məsələlərin aşkarlıqla fəal müzakirəsi, qərarların işlənib hazırlanması və onların yerinə yetirilməsi yolu ilə həyata keçirilir.
Üzvlərin qanuni hüquq və mənafeyini müdafiə edir, hüquq və sosial məsələlərin həlli üzərində ictimai nəzarəti təşkil edir, müdiriyyət və digər ictimai təşkilatlarla qarşılıqlı əlaqə yaradır.
Əmək kollektivləri adından müdiriyyətlə kollektiv müqavilə və saziş bağlayır, müdiriyyət tərəfindən həmin kollektiv müqavilə və sazişin yerinə yetirilməsinə nəzarət edir;
Əmək mübahisələrinə baxır və ona əsasən qərar qəbul edir;
Müdiriyyətlə birlikdə sosial inkişaf, əməyin təşkili, əməyin mühafizəsi, əmək haqqı məsələləri barədə qərar qəbul edilməsində iştirak edir;
Üzvlərinin sosial müdafiəsinin təmin olunmasına nəzarət edir, onları həmkarlar ittifaqının sağlamlıq ocaqlarına, sanatoriya-kurort müalicəsinə və istirahətə göndərir, üzvlərə göstərilən tibbi xidmətin təşkilini yoxlayır;
Üzvlərlə tərbiyə, mədəni-kütləvi sahədə iş aparır, bədii özfəaliyyət və texniki yaradıcılığı, bədən tərbiyəsini, idmanı və turizmi inkişaf etdirir;
Yığıncağın (konfransın) qəbul etdiyi qərarların yerinə yetirilməsini təşkil edir, həmkarlar ittifaqı üzvlərini fəal ictimai işə cəlb edir, müvəqqəti komissiyalar təşkil edir;

BDU Həmkarlar İttifaqı Komitəsi Respublika ali məktəbləri Həmkarlar Komitələri ilə sıx və intensiv əlaqə saxlayır, təcrübə mübadiləsi edir.

Bundan savayı,beynəlxalq əlaqələrə önəm verən BDU HİK 1993-cü ildən Avroasiya Universitetləri Həmkarlar İttifaqları Assosiasiyasının üzvüdür və assosiasiyanın qurultaylarında çox fəal iştirak edir. 2009-cu ildə  həmin assosiasiyanını 22-ci qurultayı BDU-da yüksək səviyyədə təşkil edilmiş və  sonralar dəfələrlə qeyd edildiyi kimi, Bakı qurultayı Assosiasiyanın tarixində ən parlaq və yaddaqalan qurultay kimi tarixə düşmüşdür9. Həmin qurultay çərçivəsində  Lomonosov adına Moskva Dövlət Universiteti və Kiyev Milli Universitetləri, həmçinin Rusiyanın digər universitetləri ilə müqavilələr imzalanmışdır ki, bu müqavilələr çərçivəsində həmin universistetlərin istirahət mərkəzlərinə BDU əməkdaşlarının güzəştli şərtlərlə göndərilməsi təmin edilmişdir. Bundan başqa, Moskvaya, Kiyevə, Sankt Peterburqa və digər şəhərlərə ezamiyyətə göndərilən əməkdaşlarımızın həmin universitetlərin qonaq evlərində güzəştli şərtlərlə yerləşdirilməsi də təmin olunur.

Həmkarlar İttifaqı Komitəsi tərəfindən əməyin mühafizəsi, əmək şəraitinin, əməyin təhlükəsizliyinin təmin olunması nəzarətdə saxlanılır. Universitetin əməkdaşının hüquq və mənafeyinin qorunması, maddi və mənəvi köməkliyin göstərilməsi Həmkarlar İttifaqı Komitəsinin daim diqqət mərkəzindədir. Məsələn, yalnız 2013-2014- cü illər ərzində 30 nəfərə yaxın müəyyən qüsurlara yol vermiş əməkdaşın  məsələsinə HİK-in iclaslarında baxılması və onların haqqında nəzərdə tutulmuş tutduğu vəzifədən azad olunması qərarının dəyişdirilməsi, əvvəlki işə və yaxud digər bir iş yerinə bərpa olunması bu qəbildən olan işlərdəndir.

 

Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin XIV konfransında sədr, dosent Fikrət Abuzər  oğlu Şiriyevin məruzəsi(26 may 2012-ci il)

Hörmətli rektor!

Hörmətli sədr!

Hörmətli həmkarlar!

Əziz qonaqlar!

Xanımlar və Cənablar!

 

Biz bu gün Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin XIV konfransına toplaşmışıq. Konfransın işində universitetin 6 qurumundan seçilmiş 98 nümayəndə, Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, hörmətli cənab Səttar Mehbalıyev, universitetimizin rektoru, millət vəkili, hörmətli akademik Abel Məhərrəmov, millət vəkilləri, Bakı Dövlət Universitetinin dekanları , kafedra müdirləri, fakültə həmkarlar təşkilatlarının sədrləri, xalqımızın tanınmış ziyalıları, digər Universitetlərin Həmkarlar İttifaqı  Komitəsinin sədrləri, çoxsaylı qonaqlar iştirak edirlər. Hər şeydən öncə, mən sizi ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetində dünyanın bir çox tanınmış siyasi xadimlərinin, görkəmli elm və mədəniyyət nümayəndələrinin çıxış etdiyi bu yüksək tribunadan salamlayıram və hamınıza “ xoş gəlmişsiniz”  deyirəm!

 

Hörmətli həmkarlar!

 

  1. Lakin mən 2005-2012-ci illər haqqında hesabat məruzəmə, bir qədər kədərli də olsa, missiyamıza uyğun gələn bir məlumatla başlamaq istəyirəm. Təəssüf olsun ki, bu illər ərzində BDU-nun 400 nəfərə yaxın əməkdaşı  dünyasını dəyişmişdir. Onların hər birinin xatirəsi bizim üçün əziz və unudulmazdır. Vaxt məhdudluğundan hamısının adını çəkə bilməsəm də, qeyd edirəm ki,onların arasında xalqımızı dünyaya və özümüzə tanıdan bir çox görkəmli şəxsiyyətlər də olmuşdur ki, etibarlı universitet kollektivinin Həmkarlar Təşkilatının rəhbəri kimi onları bu əziz gündə xatırlamaq istəyirəm. Belə ki, son 7 il ərzində Türk dünyasının böyük oğlu, xalq şairi, akademik Bəxtiyar Vahabzadə, BDU-nun rektorları olmuş akademiklər - Mirabbas Qasımov və Cəmil Quliyev, prorektorları olmuş, AMEA-nın müxbir üzvü Şahvələd Xəlilov  və professor Rəsul Muradov, Həmkarlar Təşkilatının sədri olmuş Sabir Mustafayev və Tariyel Əhmədov, dekanları olmuş Müseyib Müseyibov və Rizvan Paşayev, kafedra müdirləri olmuş akademik Fuad Qasımzadə, AMEA- nın müxbir üzvü Azad Nəbiyev, professorlar - Həmid İmanov, Cəfər Mövsümov, Maarif Əkbərov, Cəmil Əhmədli, Ədhəm Mahmudov, Məmmədəli Zeynalov, Karlen Xudaverdiyev, Seyfulla Əsədullayev, Faiq Əhmədov, Cəlal Abdullayev, Malik Qarayev, həmçinin Əmir Həbibzadə, Aslan Atakişiyev, Aniyə Ələkbərova, Fuad Axundov,  Telman Ramazanov, Şamil Əhmədov, Qəhrəman Ağayev, Cəmilə Təhmasib, İdris Ağayev, Aydın Məsimov, Lətif Güləhmədov, Faiq Sadıqov, Bayram Əhmədov,  Oqtay Əhmədov, Tofiq Şahsuvarov, Nadir Mikayılov, Şəmməd İbrahimov, Ağa Laçınlı, Sübhi Bektaşi kimi çox qiymətli insanlar, universitetin qızıl fonduna daxil olan ziyalılar aramızdan getmişlər. Onların və vaxt məhdudluğundan adını çəkə bilmədiyim dünyasını dəyişmiş bütün əməkdaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla böyük ehtiramla yad etməyinizi xahiş edirəm!

Allah rəhmət eləsin!

Hörmətli konfrans nümayəndələri!

Mən öz çıxışımda rəqəmləri sadalayaraq sizi yormaq və dəyərli vaxtınızı almaq istəmirəm. Bu barədə təftiş və mandat komissayalarının sədrləri danışacaq. Mən «Həmkarlar Komitəsi Universitet üçün nə etmişdir» sualına faktlarla cavab vermək istərdim. Əslində  yeganə  ictimai təşkilat olan HİK universitetin həyatı ilə həmahəng yaşamışdır.  Təşkilatımız bütün fəaliyyəti dövründə əməkdaşlarımızın sosial-iqtisadi və hüquqi mənafelərinə dair əsas tələblərini müdafiə edərək, öz işini bu problemlərin və sosial təminatların yaradılmasında görür. Bunun üçün Həmkarlar İttifaqı Komitəsi öz işində qeyd edilən əsas istiqamətələri müəyyənləşdirmişdir:

 

-təşkilati işlər sahəsində;

-sosial müdafiə sahəsində;

-əməyin və sağlamlığının müdafiəsi sahəsində;

-mədəni-kütləvi və idman işləri sahəsində;

-hüquqi müdafiə, mənzil-məişət və xidmət sahələri istiqamətində;

-veteranlarla iş üzrə və.s

Hesabat dövrü ərzində universitetin Həmkarlar İttifaqı Komitəsi işin təşkili məqsədilə ayda azı 1 dəfə olmaqla təsdiq olunmuş iş planı üzrə komitənin 80-dək iclasını keçirilmişdir. Bununlada da hər il üzvlərimizin müxtəlif yönümlü problemlərinin həlli baxımından 170-dək müvafiq qərar qəbul edilmişdir və bu qərarların icrasını təmin etmək üçün təşkilatımızın komissiyaları fəaliyyət göstərmişdir. Komitəmiz fəaliyyətə başladığı ilk gündən əməkdaşlarımızın əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi məqsədi ilə rektorluqla təşkilatımız arasında kollektiv müqavilə bağlanmışdır. Belə müqavilələr 2006-ci ildə və yeni kollektiv müqavilə 2010-cu ildə imzalanmışdır. Bu müqavilədə tərəflərin qarşılıqlı öhdəliklərinə əsasən aşağıdakı müddəalar öz əksini tapmışdır.

-universitetin inkişafı;

-əməyin ödənilməsi;

-əməyin mühafizəsi;

-sosial inkişaf;

-əməkdaşların məşğulluğu, peşə hazırlığı, ixtisas artırma və yenidən hazırlanma;

-işçilərin sağlamlığının qorunması;

-kompensasiyalar və güzəştlər;

-HİK-in fəaliyyəti üçün şəraitin yaradılması və s.

Kollektiv müqavilənin müddəalarının yerinə yetirilməsi üçün rektorluq hər cür imkan yaradır. Universitet tərəfindən komitənin otaqları əsaslı təmir olunmuşdur. Komitə üçün lazımi avadanlıqlar alınmışdır.

Hörmətli tədbir iştirakçıları!

Bu gün Respublikamızın aparıcı universitetlərinin Həmkarlar Komitəsi sədrləri dəvətimizi qəbul edərək bu tədbirdə iştirak edirlər.  Mən onlara bu dəvəti qəbul etdiklərinə görə  təşəkkürümü bildirərək bir məsələni qeyd etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin Həmkarlar Komitəsinin qazandığı uğurların, əldə etdiyi nailiyyətlərin, müəyyən nüfuzun  əsas səbəbi odur ki,  bizim universitetə akademik Abel Məhərrəmov kimi qurucu, yaradıcı,  insanlara  diqqət  və qayğı göstərən humanist bir insan rəhbərlik edir. Sözün həqiqi mənasında əslində həmkarlar təşkilatının görməli olduğu bir çox işləri hörmətli rektorumuz özü edir. Mən bu sıraya Altıağac tədris-təcrübə bazasında müəllimlər üçün yaradılan istirahət şəraitini, iki yaşayış kompleksinin istifadəyə verilməsini, universitetin nəzdində müasir poliklinikanın yaradılmasını, tələbələrin və müəllimlərin iaşə şəraitini yaxşılaşdırmaq üçün yeməkxana kompleksinin tikilməsini, idman sağlamlıq komplekslərinin istifadəyə verilməsini, 15 ildən artıq istifadəsiz qalan Quba tədris-təcrübə bazasının ərazisində istirahət kompleksinin tikilməsini, Yeni tədris korpusunun istifadəyə verilməsini aid etmək istəyirəm.  Əslində Həmkarlar İttifaqı komitəsi tərəfindən həyata keçirilməli olan əməkdaşlara göstərilən diqqət və qayğının universitetimizdə olan səviyyəsinin yüksəkliyi də akademik Abel Məhərrəmovun adı ilə bağlıdır. Bəlkə də rəsmi  çıxışlarda səsləndirilməsi düzgün hesab edilməyə bilən onlarla fakt vardır ki, bu faktların  reallaşması üçün bir yox, bir neçə həmkarlar təşkilatı  çalışsa da, heç nə edə bilməzdi. Məsələn,  bu yaxınlarda dünyasını dəyişən tarix fakültəsinin dosenti Nəsimi Quliyev 10 ilə yaxın, tətbiqi-riyaziyyat Elmi Tədqiqat İnstitutunun əməkdaşı Vaqif Namazov  3  il, mexanika-riyaziyyat fakültəsinin professoru Misir Rəhimov 5 ilə yaxın yataq xəstəsi olmalarına baxmayaraq onların əmək haqqları tam ödənilmişdir. Belə faktların sayını bir qədər artıq da deyə bilərdim. Ancaq başqa bir  məsələni də qeyd etmək istəyirəm ki, 2006-2007-ci tədris ilinin qış imtahan sessiyasında universitetimizin 8 müəllimi buraxdıqları ciddi nöqsanlara görə  universitetin müəllimləri sırasında xaric edilmişdilər. Doğrudur, Həmkarlar komitəsi müraciət etdi, lakin bu məsələnin müsbət həlli, hadisəyə humanist münasibət və həmin müəllimlərin başqa işlə təmin edilməsi rektorumuz Abel Məhərrəmovun qayğıkeşliyi ilə həll olundu. Analoji münasibət son illərdə keçirilən attestasiya prosesində də özünü göstərmişdir. Attestasiyadan  keçməyən əməkdaşlar başqa işlə təmin olunmuşlar.10

Hörmətli tədbir iştirakçıları!

Biz çalışırıq ki, universitetin ictimai-siyasi həyatında çox fəal iştirak edək. Qürur duyuram ki, bir sıra hadisələrin ideyası və həmin ideyanın reallaşması bilavasitə Həmkarlar Komitəsinin adı ilə bağlıdır. Bu sırada  möhtəşəm bilik günlərini, məzun günlərini, iməcilikləri, rəsm və şahmat yarışlarını xüsusi qeyd etmək istərdim. Universitetin tarixində ilk dəfə olaraq biz əməkdaşların xahişini nəzərə alaraq, yeni il şənliyinin universitetin böyük akt zalında keçirilməsinə nail ola bildik, burada 3000 nəfərdən artıq universitet əməkdaşlarının övladları Həmkarlar komitəsinin büdcəsi hesabına həm təşkil olunmuş yüksək səviyyəli tədbirin iştirakçısı oldular, həm də universitetlə tanış oldular. 4 il bundan əvvəl HİK-in təşəbbüsü ilə  yas mərasimləri üçün çadır kompleksi hazırlanmış, 3 il bundan əvvəl turizm ili çərçivəsində respublikanın aparıcı turist şirkətləri ilə əməkdaşların istirahətini təşkil etmək məqsədilə ikitərəfli müqavilələr imzalamışdır. Bu çərçivədə  şənbə, bazar və bayram günləri respublikamızın gözəl istirahət məkanlarına 2-3 günlük ekskursiyalar təşkil edilir, çimərlik mövsümü ərzində hər bazar günü Nabrandakı çimərliklərə səhər yola düşüb axşam qayıtmaq şərtilə bir günlük ekskursiyalar təşkil edilir, bundan əlavə, əməkdaşların xahişi ilə İranın Məşhəd şəhərinə, Azərbaycandakı müqəddəs ziyarətgahlara, Abşeron pirlərinə  dini ekskursiyalar təşkil edilir. 2008-ci ildə Şimali Qafqazın ən tanınmış sanatoriyaları ilə BDU HİK arasında ikitərəfli müqavilələr bağlanmış, əməkdaşların nisbətən güzəştli şərtlərlə oraya göndərilməsi təmin edilmişdir. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki,  BDU HİK 1993-cü ildən Avroasiya Universitetləri Həmkarlar İttifaqları Assosiasiyasının üzvüdür, 2007-ci ildən BDU HİK sədri həmin Assosiasiyanını idarə Heyətinin üzvü seçilmişdir və biz Assosiasiyanın qurultaylarında çox fəal iştirak edirik. 2009-cu ildə  həmin assosiasiyanını 22-ci qurultayı BDU-da yüksək səviyyədə təşkil edilmiş və  sonralar dəfələrlə qeyd edildiyi kimi, Bakı qurultayı Assosiasiyanın tarixində ən parlaq və yaddaqalan qurultay kimi tarixə düşmüşdür. Həmin qurultay çərçivəsində  Lomonosov adına Moskva Dövlət Universiteti və Kiyev Milli Universitetləri, həmçinin Rusiyanın digər universitetləri ilə müqavilələr imzalanmışdır ki, bu müqavilələr çərçivəsində həmin universistetlərin istirahət mərkəzlərinə BDU əməkdaşlarının güzəştli şərtlərlə göndərilməsi təmin edilmişdir. Bundan başqa, Moskvaya, Kiyevə, Sankt Peterburqa və digər şəhərlərə ezamiyyətə göndərilən əməkdaşlarımızın həmin universitetlərin qonaq evlərində güzəştli şərtlərlə yerləşdirilməsi də təmin olunur.12

Həmkarlar Təşkilatının gördüyü işlər sırasında universitetin tanınmış ziyalılıarınının yubileylərinin,dünyasını dəyişən əməkdaşların dəfn mərasimlərinin yüksək səviyyəli təşkilini də xüsusi qeyd etmək istərdim. Əlbəttə  7 il ərzində görülən işləri qısa bir məruzədə əhatə etmək çox çətindir, lakin bu illər ərzində HİK-in, mənim fikirincə, nail olduğu ən böyük hadisə 18 illik fasilədən sonra 2011-ci il aprel ayının 1-dən universitet kollektivinin 5 günlük iş həftəsinə keçməsidir ki, onu ayrıca qeyd etmək istəyirəm.

Hörmətli tədbir iştirakçıları!

Çıxışımın son bölməsini bir fikirlə başlamaq istəyirəm. Hamımız yaxşı xatırlayırıq ki, cəmi bir neçə il bundan əvvəl şəhərətrafı yollarda,deyək ki,hava limanına gedən yolda saatda 60-la maşın sürməyə qorxardıq. Bu gün həmin yolda saatda 120 sürət həddi qoyulub. Yolun keyfiyyəti, tənzimlənməsi, yəni yaradılan şərait 2 dəfə yaxşılaşıb.Çoxumuz buna öyrəşib adi hal kimi qəbul etsək də, görməliyik ki, son illərdə surətimiz, cəsarətimiz, özümüzə inamımız  ən azı 2 dəfə artıb.Bunu lazımınca dəyərləndirib düzgün qiymət verməliyik.Azərbaycan Respublikasınin  Prezidenti cənab İlham Əliyevin apardığı siyasət xalqımızın sosial vəziyyətini,ölkənin iqtisadi imkanlarını ildən-ilə,aydan-aya, gündən- günə yaxşılaşdırır ki,bu da həmkarlar təşkilatlarının nümayəndələri kimi hər birimizi ürəkdən sevindirir. Məsələn, lap bu günlərdə-iyunun 19-da  möhtərəm Prezidentimiz dövlət büdcəsinə 600 milyon manat əlavə edilməsi barədə fərman imzalamışdır. Bununla da büdcəmiz 17 milyard manatı keçmişdir.Müqayisə üçün yada salmaq istəyirəm ki,2000-ci ildə  Azərbaycanın dövlət büdcəsi 1 milyarddan 200 milyon əskik-yəni 800 milyon manata yaxın olmuşdur.Belə qüdrətli bir dövrdə yaşamağımız, dövlət başçısının elmə,təhsilə göstərdiyi tükənməz qayğı və bir də keçən il mayın 17-də yaş senzi ilə əlaqədar olaraq müəllimlərin işdən kənarlaşdırılması məsələsi müzakirə edilərkən hörmətli rektorumuz, akademik Abel Məhərrəmovun  Milli Məclisin iclasında çox cəsarətli çıxışı və həmin çıxışın sonralar obyektiv qərarın qəbul olunmasında həlledici rol oynaması mənə bir neçə  təklif səsləndirməyə əsas yaratdı.13

Yerinə düşdüyü üçün xatırladım ki, böyük B.Vahabzadənin belə bir beyti var:

Bizi insan  kimi yetkinlədi yetdiklərimiz,

Hələ var aşmalı çox dağlarımız, diklərimiz.

Bu yoxuş yolları, aşırımları qət etmək üçün

Bizə  qüdrət, bizə qüvvət verir etdiklərimiz…

  1. İlk təklifim professor-müəllim heyətinin əmək haqqı ilə bağlıdır. Bu insanlar ömürlərini elmə,təhsilə həsr edərək,ən azı 20 il oxumuş,özü də çox yaxşı oxumuş,bu gün də auditoriyaya girməmiş kitabxanada bir neçə saat hazırlaşan,gün ərzində daim düşünən  insanlardır. Hörmətli Abel müəllim demişkən,zəhmətinin qiyməti heç bir meyarla ölçülməsi mümkün olmayan,deyək ki, universitetin dosenti ayda bütün yardımlarla birgə təxminən 430 manat pul alır. Nəzərə alsaq ki,bu gün Azərbaycanda orta əmək haqqı 368 manatdır və heç orta məktəbi də yaxşı oxumayan,bizim hörmət bəslədiyimiz bir çox peşə sahibləri var ki, universitetin professorundan 2-3 dəfə artıq maaş alırlar,onların hesabına orta əmək haqqı rəqəmi yüksəkdir və biz MDB-də bu göstəriciyə görə 3-cü yerdəyik.Ancaq biz istərdik ki,ölkədə ən yüksək əmək haqqı,bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, alimlərdə,müəllimlərdə olsun. Bu gün Azərbaycanın dövlət ali məktəblərində çalışan professor-müəllimlərin sayı 13.161 nəfərdir. Əgər bu  əməkdaşların hamısının əmək haqqına,maksimum həddi deyirəm, ayda 1000 manat əlavə olunarsa, bu, 1 ildə cəmi 157 mln 932 min manat təşkil edər ki, bu rəqəm büdcə üçün təhlükəli rəqəm deyil, ancaq yeni nəslin universitetləri iş yeri kimi seçmək baxımından təhlükə mövcuddur.
  2. İkinci təklifim universitet kollektivini narahat edən digər  bir məsələ ilə- yeni doğulan uşaqlara görə sosial müavinətlərin ödənilməsi ilə bağlıdır. Məsələn, bildiyiniz kimi, yeni doğulan uşaqlara görə valideynə 1,5 yaşadək ayda cəmi 20 manat, 1,5 yaşdan 3 yaşadək isə 10 manat müavinət ödənilir. Bu rəqəm də olduqca simvolik xarakter daşıyır və nəzərə alsaq ki, Azərbaycanda dünyaya gələnlərin sayı 150-160 min nəfər arasındadır bu məsələyə baxılması da  real görünür və digər tərəfdən də bu amil əhali artımına müsbət təsirini göstərə bilər.
  3. Üçüncü təklifim müəllimlərin pensiya məbləğinin artırılması ilə əlaqədardır. Nəzərə alsaq ki, respublika ali məktəb müəllimlərinin təxminən 4000 nəfəri pensiya yaşı həddindədir və indi aldıqlarından,deyək ki, 600 manat artıq pensiya alarlarsa,  onların böyük əksəriyyəti  heç bir inzibati tədbirə ehtiyac duymadan, Avropa ölkələrində olduğu kimi, məmnuniyyətlə istirahətə gedərlər,bununla bir tərəfdən, arzu edilən gəncləşmə siyasəti problemsiz həll olunar,digər tərəfdən müəllim nüfuzu qalxar və bu, bir ildə dövlət büdcəsinə  cəmi 28 mln 800 min manata başa gələr.
  4. Sonuncu təklifim isə  elmi dərəcələrə görə ödənilən məbləğin çox simvolik olması ilə əlaqədar. Bildiyiniz kimi, akademiyanını həqiqi üzvləri 1100 manat, müxbir üzvləri 850 manat, onun bir addımlığında olan elmlər doktorları isə cəmi 50 manat, elmlər namizədləri isə 30 manat pul alırlar. Təklif edirəm ki,  sosial ədalətin bərpa edilməsi üçün elmlər doktoru və namizədlər üçün bu məbləğ təxminən on dəfə artırılsın. Belə olan halda Azərbaycanda olan elmlər doktorları üçün bir ildə 10.950.000 manat, elmlər namizədləri üçün 30.600.000 manat,yəni təxminən 40 milyon manat pul xərclənəcəkdir ki,bu da hazırki vəziyyətdə respublika büdcəsi üçün ağır yük hesab edilə bilməz.

fukrt_iriyev