2021/2022-ci tədris ilində BDU-da təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayı 2 dəfə artıb

17/09/2021

Son illər Bakı Dövlət Universitetində (BDU) təhsilin beynəlmilləşməsi istiqamətində islahatların aparılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması, dünyanın bir sıra aparıcı universitetləri ilə ikili diplom proqramları üzrə kadr hazırlığının həyata keçirilməsi ilə bağlı ciddi addımlar atılmışdır. Eyni zamanda, tədris prosesinin təkmilləşdirilməsi, bu işdə yeni metod və texnologiyalardan, “Blackboard” kimi  beynəlxalq təhsil platformasının tətbiqi, BDU-nun “QS və Times Higher Education (THE)” kimi dünyanın məhşur reytinq siyahılarında ən yüksək göstəricilərə malik ali təhsil müəssisələri arasında yer alması Universitetdə təhsil almaq istəyən əcnəbi tələbələrin sayının artmasına səbəb olmuşdur. Belə ki, 2021/2022-ci tədris ilində BDU-ya qəbul olmaq üçün müraciət edən tələbələrin sayı ötən tədris ili ilə müqayisədə 2 dəfə artmışdır. Cari ilin iyul-avqust aylarında 27 ölkədən 200-dən çox əcnəbi tələbə qeyri-dövlət xətti ilə BDU-da təhsil almaq üçün müraciət etmişdir. Müqayisə üçün keçən il bu göstərici 15 ölkə ilə məhdudlaşırdı.

Xəbərlər

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü
15/06/2026

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
15/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
14/06/2026