Doktorantların və gənc tədqiqatçıların XVI Respublika Elmi konfransının plenar iclasında doktorant Rəşad Sadıqov çıxış edib

28/12/2011

Dekabrın 21-də Azərbaycan Müəllimlər İnstitutunda Doktorantların və gənc tədqiqatçıların XVI Respublika Elmi konfransının açılışı keçirilib.

Təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransını giriş sözü ilə açaraq bu tədbirin əhəmiyyətindən danışıb. Nazir konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib. Müstəqillik illərində respublikamızın keçdiyi tarixi inkişaf yolundan söhbət açan Misir Mərdanov ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanın istedadlı uşaq və gənclərinə göstərdiyi qayğıdan bəhs edən təhsil naziri bu işlərin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Konfransın müxtəlif elm sahələri əhatə olunmaqla 19 bölmədə davam etdiriləcəyini söyləyən Misir Mərdanov deyib ki, bölmələrdə 17 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından daxil olmuş 300-ə yaxın məruzənin dinlənilməsi nəzərdə tutulub.

İclasda çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı ölkəmizdə elmin, təhsilin inkişafına, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan ətraflı söz açıb. Rektor keçirilən tədbirin əhəmiyyətinə toxunaraq belə bir nüfuzlu elmi konfransa ev sahibliyi etdiklərindən məmnunluğunu ifadə edib.

Plenar iclasda çıxış edən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Rəşad Əsəd oğlu Sadıqov gənclərin elmi potensialının üzə çıxarılmasına, həmçinin tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə, elmi nailiyyətlərini birlikdə müzakirə edilməsinə xidmət edən belə konfransların təqdirəlayiq olduğunu bildirib, gənclər üçün yaradılan hərtərəfli imkan və şəraitə görə ölkə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu proqressiv elm və təhsil ənənələrinin uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

R.Ə.Sadıqov Cənab İlham Əliyevin xüsusi qayğısı ilə Bakı Dövlət Universitetinin son illərdə öz inkişafının daha dinamik mərhələsinə qədəm qoyduğunu, görkəmini, maddi-texniki bazasını inanılmaz dərəcədə müasirləşdiyini, Avropa təhsil məkanına inteqrasiya prosesində böyük nailiyyətlərə imza atdığını bildirib. O, qeyd edib ki, universitetin professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə hörmətli rektor akademik Abel Məhərrəmovun 09 iyun 2009-cu il tarixli əmri ilə universitetdaxili “50+50” qrant proqramı təsis edilmişdir. Qalib elan edilmiş müəlliflərə universitetin xüsusi vəsaiti hesabına qrant verildiyini, özünün də univeristetin doktorantı kimi 2009-cu ildə bu proqram çərçivəsində təqdim etdiyi layihənin qalib olduğunu bildirib.

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrinin genişlənməsindən və inkişafından danışan R.Ə.Sadıqov təkcə son 1 ildə rektor, akademik A.M.Məhərrəmovun Səudiyyə Ərəbistanına, Qazaxıstana, Koreya Respublikasına, ABŞ-a, İrana, Rusiyaya və s. nüfuzlu ölkələrə səfər etdiyini, universitetin əməkdaşları tərəfindən 40-a yaxın beynəlxalq və respublikadaxili elmi layihələr həyata keçirildiyini hazırda BDU-nun bir neçə universitetlərarası assosiasiyaların üzvü olduğunu konfrans iştirakçılarının diqətinə çatdırıb.

Doktorant xüsusi olaraq vurğulayıb ki, universitet elminin və təhsilinin qloballaşan cəmiyyətə inteqrasiyasını sürətləndirmək, əməkdaşların impakt faktoru olan jurnallarda çap olunmuş elmi məqalələrinin sayını artırmaq məqsədilə həyata keçirilən həvəsləndirici tədbirlər, A, B və C kateqoriyalı jurnallarında çap olunmuş məqalələrə görə mükafat verilir. Hazırda Bakı Dövlət Universitetinin 9 fakültənin I kursunda artıq ingilis dili qrupları yaradıldığı, bu prosesin bütün fakültələri əhatə etməsinin nəzərdə tutulduğunu və bu addımın ilk növbədə tələbələrin xarici dildə dərs almasına şarait yaratmacı ilə yanaşı, həmçinin ingilis dilini bilən yeni gənc kadrların işlə təmin edilməsinə və həmin kurslarda tədrisə cəlb edilməsinə yeni imkanlar açdığını deyib.

Rektorun 28 noyabr 2008 tarixli əmrinə uyğun olaraq universitetdə professor İradə Əliyevanın rəhbərlik etdiyi Beynəlxalq elm və təhsilə inteqrasiya şobəsinin yaradıldığı, şobənin fəaliyyətinin əsas məqsədi, həyata keçirdiyi işlər haqqında geniş məlumat verib. Eləcə də uğurlu islahatlar və davamlı inkişaf nəticəsində Bakı Dövlət Universitetinin dünyanın 700 top universitetinin siyahısına daxil olaraq 643-cü yer tutmasını, dünyanın ən yaxşı 2000 universitei arasında, hətta son bir ildə 114 pillə irəliləyərək 1837-cü sırada qərarlaşdığını qeyd edib.

R.Ə.Sadıqov YUNESKO ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandu imzalandığını, nüfuzlu ölkələrin rəsmiləri, alimləri ilə ikitərəfli və çoxtərəfli görüşlərun, müzakirərlərin, tanınmış alimlərin univeristetdə mühazirələr oxuması və ya konkret məsələlər üzrə seminarlar aparmasının gənclərin elmi tıdqiqatlara cəlb olunmasında, elmi işlərin yazılması səviyyəsinin yüksəlməsində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

Həmçinin, universitetin bir sıra beynəlxalq konfranslarda mərkəzi yer aldığını, ötən ayın 13-16-da İstanbul şəhərində keçirilən Türk Dünyası xalqlarının II Hüquq qurultayında BDU-nun hüquq fakültəsinin dekanı professor Əmir Əliyevin rəhbərliyi altında geniş konfransın keçirilməsini, Ankara və İstanbul universitetləri ilə BDU arasında hüquq sahəsində əməkdağlığın yaradılmasını universitetin uğurlarından biri kimi xüsusi qeyd etmişdir. 10-11 oktyabr 2011-ci il tarixində Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə işə başlayan Beynəlxalq Humanitar Forumunun “Dünyanı dəyişdirən müasir texnologiyalar” mövzusunda bölmə iclasları oktyabrın 11-də Bakı Dövlət Universitetində keçirilməsini böyük müvəffəqiyyət kimi qiymətəndirmişdir. Son vaxtlar Azərbaycanda elmin inkişafı istiqamətində ciddi addımların atılması gənclərin elmə olan marağı daha da gücləndirəcəyini, gənclərin, gənc tədqiqatçıların Azərbaycan elminin, ölkənin beynəlxalq nüfuzununun yüksəlməsində həmrəy olmalı, birgə və aktiv fəaliyyət göstərməli olduğunu bildirib.

R.Ə.Sadıqov indiyə qədər bakalavr, magistratura və doktorantura pillələrində olmaqla, ümumilikdə, 16 Respublika və Beynəlxalq Elmi konfransında iştirak etdiyini, 1 monoqrafiya, 20 elmi məqalə, 8 tezis müəllifi, 1 qrantın qalibi olduğunu, 2008-ci ildən Beynəlxalq münasibətlər kafedrasında saathesabı qaydada dərs apardığını, 2011-ci ilin may ayında “Avropa İttifaqının Şərq siyasətində Cənubi Qafqaz faktoru” mövzusunda dissertasiya işini müdafiə etdiyini bildirib. Bir gənc doktorant kimi o, indiyədək əldə etdiyi uğurlarında, bu səviyyəyə qədər irəliləməsində hörmətli rektor, akademik Abel Məhərrəmovun daim böyük diqqət və qayğısını gördüyünü vurğulamışdır.

Doktorant qeyd etmişdir ki, 29 noyabr tarixində Tələbələrin XXII Respublika Elmi konfransında iştirak üçün Beynəlxalq münasibətlər ixtisası üzrə 12 tələbənin mövzusunun, məqaləsinin hazırlanmasına rəhbərlik etmişdir. Tələbələrdən 5-i auditoriyadakı fəallığına, mövzunun aktuallığına görə “Sertifikat”a layiq görülmüşdür, 1 tələbə isə həmin konfrans çərçivəsində keçirilən məqalə müsabiqəsində Beynəlxalq münasibətlər elminin son 20 ildə inkişafından bəhs edən məqalə ilə 1-ci yeri tutmuş, “Diplom” və pul mükafatı ilə təltif olunmuşdur.

Qeyd edək ki, iki gün davam etmiş elmi konfransın sonunda elmi işindəki aktuallığı, yeniliyi və mövzunun məzmununu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən məruzəçilərə Təhsil Nazirliyinin sertifikatları təqdim olunmuşdur. Konfransın materialları kitab şəklində çap olunaraq iştirakçılara veriləcəkdir.

Mətbuat və informasiya şöbəsi, 28 dekabr 2011-ci il.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024