BDU-da Elm gününə həsr olunmuş növbəti mühazirə - "Kainatın yaranmasının müasir fiziki mənzərəsi"

20/03/2021

Bakı Dövlət Universitetində (BDU) 27 mart - Elm Gününə həsr olunmuş mühazirələr silsiləsindən "Kainatın yaranmasının müasir fiziki mənzərəsi" mövzusunda onlayn mühazirə keçirilib.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov keçirilən onlayn elmi seminarların, ustad dərslərin və mühazirələrin əhəmiyyətindən danışıb.

BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin müdiri, professor Mais Süleymanov BDU-nun, Migəçevir Dövlət Universitetinin və Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinə mühazirə oxuyub. Mühazirədə kainatın yaranması haqqında müasir fizikanın əsas nəzəriyyəsi olan “Böyük Partlayış” nəzəriyyəsindən bəhs olunub, bu nəzəriyyənin təcrübi təsdiqinə yönəldilmiş elmi tədqiqatların nəticələri müzakirə olunub. Xüsüsi fikir Böyük Adron Kollayderindın (CERN Jenevrı, İsveçrə) alınmış nəticələrin müzakirəsinə yönəlib.

Sonda Mais Süleymanov müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb. Müzakirədə bilavasitə iştirak edən BDU-nun rektoru Elçin Babayev Kainatın yaranmasına dair bəzi astrofiziki və kosmoloji məsələlərə aydınlıq gətirib. Mövzu ilə bağlı geniş diskussiya aparılıb.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024