BDU-nun Sosial elmlər və psixologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

23/08/2022

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində 8 kafedra -Psixologiya, Sosial və pedaqoji psixologiya, Gender və tətbiqi psixologiya, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq, Fəlsəfə, Pedaqogika və Sosial iş – kafedraları fəaliyyət göstərir. Tələbələr III kursdan başlayaraq Tədqiqat, inkişaf və innovasiyalar üzrə mükəmməllik mərkəzinin nəzdində 2 elmi-tədqiqat laboratoriyası - Eksperimental psixoloji tədqiqat və Sosioloji tədqiqatlar laboratoriyaları və "İNKİŞAF" respublİka elmi-praktİk mərkəzində aparılan tədqiqatlara cəlb olunurlar.
Fakültənin hər bir kafedrasında müvafiq elmlərin müasir və aktual problemlərini əhatə etməklə bir neçə istiqamətlər üzrə elmi tədqiqatlar aparılır. Sosial elmlər və psixologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır.
“Psixologiya” ixtisası üzrə məzunlar praktik psixoloq kimi həm orta məktəblərdə, həm də müxtəlif psixoloji mərkəzlərdə, eləcə də ekstremal şəraitlər zamanı psixoloji xidmətin göstərilməsi zərurəti yaranan xüsusi qurumların struktur bölmələrində işləyə bilərlər.
“Sosiologiya” ixtisası üzrə məzunlar ictimai rəyin öyrənilməsi, sosioloji tədqiqatların aparılması, müvafiq sosial proqnozların hazırlanması, sosial informasiyaların təhlili və s. istiqamətində müxtəlif mərkəz və qurumlarda çalışa bilərlər.
“Fəlsəfə” ixtisası üzrə məzunlar xüsusən də elmi dünyagörüşü, elmi və dini baxışların fəlsəfi yönümdə təhlili, insan və həyat haqqında fəlsəfi baxışların ümumfəlsəfi kateqoriyalar əsasında təhlilinin aparılması istiqamətində müvafiq tədqiqat müəssisələrində, eləcə də gənclərlə iş üzrə özəl və dövlət qurumlarında idarəetmə sahəsində işlə təmin oluna bilərlər.
“Sosial iş” ixtisası üzrə məzunlar əhalinin az təminatlı təbəqələrinin sosial problemlərinin müəyyən edilməsi və onlara müvafiq köməyin göstərilməsi, eləcə də risk qrupuna daxil olan insanlarla lazımi sosial işin aparılması istiqamətində işləyə bilərlər.
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə məzunlar təhsilin müxtəlif səviyyələrində psixoloji xidmətin həyata keçirilməsi istiqamətində müxtəlif təhsil müəssisələrində işlə təmin oluna bilərlər.
“Korreksiyaedici təlim” ixtisası üzrə məzunlar xüsusən də inklüziv təhsil sahəsində (yəni eşitmə, görmə məhdudiyyəti, intellektual çatışmazlığı, nitq pozulmaları olan uşaqlarla) fəaliyyət göstərməklə inkuliziyalı şəxslərdə müxtəlif qüsurların aradan qaldırılması və yeni bacarıq və vərdişlərin formalaşdırılması, eləcə də onların cəmiyyətə adaptasiyasının təmin edilməsində olduqca faydalıdırlar. Onlar xüsusi məktəblərdə, müəssisələrdə işlə təmin oluna bilərlər.
Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024