Abel Məhərrəmov Kubanın Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti və BDU-nun məzunu Elio Qames Neyra ilə görüşüb

02/02/2012

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kabalyero Tores, Kubanın Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti və BDU-nun məzunu Elio Qames Neyra, İnstitutun Avropa Departamentində Azərbaycan üzrə cavabdeh olan xanm İbis Alvisa ilə görüşüb.

Təmsil etdiyi İnstitut haqqında məlumat verən qonaq, Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 1985-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasını bitirən Elio Qames Neyra BDU-nun məzunun olması ilə hər zaman qürur duyduğunu söyləyib. Ona dərs deyən müəllimləri xatırlayıb, yaddaşında məsuliyyətli, tələbkar, ciddi alimlər kimi qaldıqlarını söyləyib.

Rektor Abel Məhərrəmov Elio Qames Neyranın təhsil aldığı illərdə universitetin Tədris hissəsinin müdiri işlədiyini deyib və onu yaxşı xatırladığını diqqətə çatdırıb. BDU məzununun doğma universitetə olan münasibətindən, əməkdaşlıqla bağlı təkliflərindən məmnun qaldığını deyən rektor birgə konfrans və simpoziumların keçirilməsi, müəllim-tələbə mübadiləsi, qrant və layihələr üzərində işlənilməsinin əhəmiyyətindən bəhs edib.

Qarşılıqlı maraq doğuran görüşdən sonra qonaqlar universitetin Elektron Tədris Mərkəzi, Heydər Əliyev muzeyində olub, tələbələrlə görüş keçiriblər. Elio Qames Neyra BDU məzunu kimi iş təcrübəsi haqqında məruzə edib, sualları cavablandırıb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 02 fevral 2012-ci il.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024