Aida xanım İmanquliyevanın 73 illiyi ilə əlaqədar ərəb filologiyası sahəsində məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

10/10/2012

Bu gün Bakı Dövlət Universitetində görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 73 illiyi ilə əlaqədar ərəb filologiyası sahəsində məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Təbdiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Aida xanım İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb. O bildirib ki, alimin əsərləri dünya şərqşünaslığı xəzinəsinə daxil olan çox dəyərli araşdırmalardır.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  20 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən bəhs edib.

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov isə  professor Aida İmanquliyevanın özündən sonra Azərbaycan şərqşünaslığını zənginləşdirən qiymətli elmi irs qoyduğunu xatırladıb. O deyib ki, Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdəndir. Onun ərəb-məhcər ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilən əsərlərdir.

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva isə deyib ki, müasir tələbələr A.İmanquliyevanı görə bilməsələr də, onun yazdığı elmi kitabları, əsərləri oxumaqla Azərbaycanın elm, mədəniyyət, təfəkkür tarixində yeri olan belə əvəzsiz alim haqqında geniş məlumat əldə edə biləcəklər. Gələcək nəsillər, xüsusilə də şərqşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı A.İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək və onun əsl alim kimi keçdiyi şərəfli ömür yolunu yenidən öyrənəcək. Nərgiz xanım bu cür müsabiqənin keçirilməsinin  gənc alimlərə müsbət təsir göstərdiyini, Aida xanım İmanquliyevanın həyat və fəaliyyətinin  onlar üçün yaxşı nümunə olduğunu  deyib.

Qeyd edək ki, tədbirdə görkəmli alimin həyatına  həsr olunmuş filmin nümayişi olub. Sonda Aida İmanquliyevanın 73 illiyinə həsr olunmuş ərəb filologiyası sahəsində məqalə  müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimi keçirilib.

Mətbuat və İnformasiya şöbəsi, 10 oktyabr 2012-ci il.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024