“Altayşünaslıq kontekstində yapon dili feilinin lüğət formasının funksional-semantik xüsusiyyətləri” mövzusunda elmi seminar

25/02/2022

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Altayşünaslıq kontekstində yapon dili feilinin lüğət formasının funksional-semantik xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli mövzu ilə bağlı təqdimatla çıxış edib.

Oqtay Cəlilbəyli məruzəsində altayşünaslıq kontekstində Azərbaycan və yapon dillərinin materialları əsasında feilin lüğət formasının qrammatik və funksional-semantik xüsusiyyətlərindən bəhs edib. O, yapon dilində feilin lüğət formasının özündə məsdər və indiki-gələcək zamanı ehtiva etməsinin Avropa, o cümlədən türk dilçiliyi ilə müqayisədə fərqləndiyini vurğulayıb.

Məruzəçi təqdimatın sonunda  linqvistik araşdırmalarının nəticəsini cədvəl və sxemlərlə təqdim edib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026