“Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalı 254 beynəlxalq nəşr arasında 10-cu yerdə qərarlaşıb

14/06/2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bakı Dövlət Universitetinin (BDU) birgə təsis etdiyi “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalı 254 beynəlxalq nəşr arasında 10-cu yerdə qərarlaşıb.

Dünyanın ən mötəbər elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics” (əvvəlki “Thomson Reuters”) 2019-cu il üçün illik hesabatını açıqlayıb. Hesabat ötən dövr üçün sözügedən bazanın siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt amillərinin (keyfiyyət dərəcəsi) dinamikası haqqında məlumatı əks etdirir. Agentliyin son hesabatına əsasən, Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 2.365-dən 3.16-ya qalxıb. Yəni nəşr 19-cu yerdən 10-cu yerə yüksəlib. Bu göstərici Avropa ölkələri arasında 4-cü, keçmiş sovetlər birliyində birinci yer deməkdir. Jurnalın indiyədək 44 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 50-dən çox ölkəsini təmsil edən müəlliflərin 500-dək məqaləsi dərc olunub.

“Applied and Computational Mathematics”in baş redaktorlarından biri akademik Fikrət Əliyev deyib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda dərc olunan bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Clarivate Analytics”in genişləndirilmiş siyahısında yer alıb.

Qeyd edək ki, jurnalda tətbiqi riyaziyyat və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap olunur. Nəşr edildiyi 18 il ərzində jurnal 47 ölkədən 250-dən çox elmi müəssisə ilə mübadilə həyata keçirib.

Mətbuat və informasiya şöbəsi, 14 iyun 2019-cu il.

Xəbərlər

BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika virtual elmi konfransı keçirilir

BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika virtual elmi konfransı keçirilir
03/06/2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

BDU-da Coğrafiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib
02/06/2020

BDU-da “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda Respublika virtual elmi konfransı keçirilib

BDU-da “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda Respublika virtual elmi konfransı keçirilib
02/06/2020