“Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfrans

01/12/2015

Bakı Dövlət Universitetində “Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov konfransda iştirak edən xarici qonaqları, professor-müəllim heyətini salamlayaraq Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 20-ci, BMT-nin və YUNESKO-nun yaradılmasının 70-ci, 1950-ci Avropa Konvensiyasının qəbulunun 65-ci, 10 dekabr 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin növbəti ildönümünə həsr olunan konfransın əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiyanın Avropa ölkələri və dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən rektor, habelə Almaniya ali təhsil ocaqları ilə əlaqələrdən, Vürzburq Universiteti ilə «İkili diplom» layihəsinin uğurla davam etməsindən də bəhs edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, 20 il əvvəl müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Konstitusiya komissiyası yaradıldı və çox nüfuzlu şəxslərin, alimlərin, mütəxəssislərin hər birinin rəyləri nəzərə alınmaqla hazırkı Konstitusiya qəbul olundu. Ölkədə bütün qanunvericilik və digər normativ hüquqi aktlar bu əsas qanuna söykənir.

Çıxış edən Vürzburq Universitetinin prorektoru, professor Ekxard Paxe və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev ikigünlük konfrans barədə ətraflı danışaraq, keçiriləcək iclaslar, müzakirə olunacaq mövzular barədə məlumat verib. 
Daha sonra konfrans işini bölmələrdə davam etdirib. Ümumilikdə 4 bölmə iclasında keçiriləcək konfransda 35 məruzənin dinlənilməsi nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 01 dekabr 2015-ci il.




Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024