Ayşən Sadıqlının ümummilli lider Heydər Əliyevə həsr olunmuş ikinci kitabı işıq üzü görüb

22/11/2013

Bakı Dövlət Universiteti, Filologiya fakültəsi, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının II kurs magistrantı Ayşən Sadıqlının ümummilli lider Heydər Əliuyevə həsr olunmuş ikinci kitabı işıq üzü görüb.  “Ümummilli  lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlanan 304 səhifəlik kitab ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunub.

Kitabda milli-mənəvi sərvətimiz hesab edilən Azər­baycan ədə­biy­­ya­tının in­ki­şafında əvəzsiz xidmətləri olan ümummilli liderimiz Hey­dər Əli­yevin çı­xış­ları, nitqləri və məruzələri toplanıb, ulu öndərin Azər­­bay­can ədəbiyyatı ilə bağlı imzaladığı fərman və sərəncamlar öz ək­sini tapıb. Həm­çi­nin, ədəbiyyatşünasların bu mövzuda çap olun­ub əsər­lərinin xülasəsi veril­ib, ümummilli liderimizə həsr olun­muş şeir­lər də verilib. Dosent Məhərrəm Vəliyevin yazdığı “Ön söz”də ümummilli liderin ədəbiyyat sahəsindəki fəaliyyəti qısa və yığcam şəkildə işıqlandırılır.

Kitabın elmi redaktorları BDU-nun filologiya fakültəsinin professoru Tofiq Hüseynoğlu və fakültənin dekanı, dosent Məhərrəm Vəliyev, rəyçi professor Qara Namazovdur. Kitabın redaktoru S.Sadıqova, kompüter tərtibatçısı  A.Cəfərovadır.

“Ümummili lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı ki­tab ali məktəblərin filologiya fakültəsinin müəllimləri, dokto­rant­ları, tə­ləbə və magistrantları, elmi ictimaiyyət, o cümlədən, Azər­bay­can ədə­biyyatı və ümum­milli lider Heydər Əliyevin ədəbi siyasəti ilə ma­raq­lananlar üçün nəzərdə tutulmuşdur.

Ayşən Sadıqlı  2 kitabın, 5 tezisin, 7 elmi, 4 publisistik məqalənin müəllifi və 4 kitabın redaktorudur. O, 7 diplom, 7 sertifikat, 1 fəxri fərman və təşəkkürə layiq görülmüşdür.

A.Sadıqlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı məqalə müsa­biqəsində I yerin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” məqalə müsabiqəsində II yerin, Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Azərbaycanımla fəxr edirəm” adlı yazı müsabiqəsində 3-cü yerin qalibi olmuş, Diplom, pul mükafatı, müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

A.Sadıqlı 10 elmi konfransda məruzə ilə çıxış edib, diplom və sertifikata layiq görülüb. Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədridir.

Mətbuat və informasiya şöbəsi, 22 noyabr 2013-cü il.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024