“Azərbaycan iqtisadiyyatında mövcud meyllər və gələcək inkişaf prioritetləri” mövzusunda onlayn elmi seminar keçirilib

23/07/2020

İyulun 23-də Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatında mövcud meyllər və gələcək inkişaf prioritetləri” mövzusunda onlayn elmi seminar keçirilib.

Seminar iştirakçılarını salamlayan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov elm və texnikanın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi həyata keçirilən islahatların əsas prinsipləri sırasındadır.

Daha sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat və idarəetmə kafedrasının müdir əvəzi, professor Vahid Abbasov “Azərbaycan iqtisadiyyatında mövcud meyllər və gələcək inkişaf prioritetləri” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda müasir dövr Azərbaycan iqtisadiyyatı, onun mövcud meylləri, iqtisadi inkişafın obyektiv xarakteri və mövcud tendensiyaları, iqtisadi inkişafın sistemlilik amilləri və sahələrarası xarakteri, milli iqtisadiyyatın gələcək inkişafı prioritetləri ilə bağlı geniş məlumat verilib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçən seminarda mövzu ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.

“Microsoft Teams” platforması üzrəindən təşkil edilmiş elmi seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024