"Azərbaycanda magistral su təchizatı xətlərinin monitorinqi və onların geoinformatik xəritələşdirilməsi" mövzusunda elmi seminar keçirilib

27/11/2020

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində "Azərbaycanda magistral su təchizatı xətlərinin monitorinqi və onların geoinformatik xəritələşdirilməsi" mövzusunda onlayn elmi seminar keçirilib.

Moderator, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova iştirakçıları salamlayaraq BDU-da elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atıldığını söyləyərək fakültənin əldə etdiyi elmi uğurlardan danışıb.

Daha sonra xəritəşünaslıq, geoinformatika ixtisası doktorantı Qurbanov Çingiz "Azərbaycanda magistral su təchizatı xətlərinin monitorinqi və onların geoinformatik xəritələşdirilməsi" mövzusunda məruzə ilə çıxış edib. Çıxışda təsərrüfatın müxtəlif sahələrində olduğu kimi su təchizatı kəmərləri sisteminin istismarı zamanı onların vəziyyətinin, o cümlədən plan yüksəklik cəhətdən, monitorinqinin həyata keçirilməsinin olduqca vacib məsələ olduğu qeyd olunub. Monitorinq zamanı aparılmış müşahidə nəticələrinin - ölçmə və qrafiki məlumatlarının vahid platformada toplanması, sistemləşdirilməsi uçotu, təhlili və proqnozu yerinə yetirilməsi məqsədi ilə CİS sistemindən istifadənin əhəmiyyəti vurğulanıb. Su təchizatı sahəsində geoinformasion model, xəritə və planların tərtib edilməsinin yeni növ kartoqrafik məhsul kimi xüsusi yanaşma metodlarının işlənib hazırlanmasının zəruri etməsinə diqqəti çəkib.

Elmi seminarda iştirak edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov sürətlə inkişaf edən dünyada informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edərək onlayn platformada yeni bilik, yeni təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən bəhs edib.

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini professor Fərda İmanov, professorlar Məqsəd Qocamanov, Çingiz İsmayılov, Yaqub Qəribov, dosentlər Sahilə Allahverdiyeva, Əfqan Talıbov, İradə Əliyeva, Asəf Cərullayev, Mehman Mehbalıyev çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər.

Onlayn elmi seminar iştirakçıların elmi diskussiyası ilə yadda qalıb.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024