AZƏRTAC-ın redaktoru Nərminə Məmmədova BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

05/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində  Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) redaktoru Nərminə Məmmədova ilə görüş keçirilib.

Fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva fakültədə aparıcı media orqanlarının nümayəndələri ilə müntəzəm görüşlərin keçirildiyini deyib. Qeyd edib ki, belə görüşlər tələbələrin praktik bacarıqlarının artırılması və real iş mühiti ilə tanış olmaları baxımından faydalıdır.

Nərminə Məmmədova AZƏRTAC-ın timsalında informasiya agentliklərinin iş prinsipi, xəbərin hazırlanma qaydaları, öz təcrübəsindən söz açıb. Media sahəsində fərqlənməyin və uğurlu jurnalist olmağın yollarını izah edən qonaq bildirib ki,  mövzunun dərindən araşdırılması, faktlara əsaslanması, operativ, dəqiq təqdim edilməsi peşəkarlıq səviyyəsini artıran əsas məsələlərdir.

Görüş tələbələrin praktik istiqamətdə olan suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub
11/03/2026

“Beynəlxalq maliyyə bazarlarında risklərin idarə olunması mexanizmi” – BDU-da ustad dərsi

“Beynəlxalq maliyyə bazarlarında risklərin idarə olunması mexanizmi” – BDU-da ustad dərsi
11/03/2026

Maliyyə Nazirliyinin sektor müdiri BDU tələbələrinə ustad dərsi keçib

Maliyyə Nazirliyinin sektor müdiri BDU tələbələrinə ustad dərsi keçib
11/03/2026