Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun yaranmasının 10 illiyinə həsr olunmuş “Fizikanın Müasir Problemləri” IX Elmi konfransının keçirilməsinə hazırlıq işləri gedir

24/11/2015

Bu günlərdə, Bakı Dövlət Universitetinin  Fizika Problemləri İnstitutu, mütəmadi olaraq keçirdiyi “Fizikanın Müasir Problemləri” Elmi konfransının IX iclasına hazırlaşır.

2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı strategiyasının işlənilmiş istiqamətində müasir fizikanın və ona bağlı olan elmlərin tətbiq sahələri ilə əlaqəsinin aydınlaşdırılması və bu əlaqələrin müəyyənləşdirilməsi yollarının araşdırmalarında İnstitutun əməkdaşları aktiv iştirak ediblər.

Qarşıdan gələn konfransda müzakirə olunacaq  bəzi problemlərin üst-üstə düşməsi, bir çoxunun  isə fizikanın müxtəlif bölmələri, yaxud digər təbiət elmlərinin təmas xəttində bir-birini tamamlaması, bu konfransın səmərəliliyini daha aşkar şəkildə göstərir.

Konfransda, fullerenlər və nanoboruların tədqiqi də daxil olmaqla, materiyanın fundamental problemləri ilə yanaşı ‘eko-elmlər’ də daxil olmaqla bir sıra tətbiqi elm sahələrinin problemləri də müzakirəyə çıxarılacaqdır. BDU-nun Kimya, Eologiya və Torpaqşünaslıq, Coğrafiya, Beynəlxalq Münasibətlər və İqtisadiyyat, Tətbiqi Riyaziyyat və Kibernetika, və Mexanika-riyaziyyat fakültələrinin nümayəndələrinin iştirakı ilə yanaşı, AMEA-nın Fizika, Radiasiya Tədqiqatları və Coğrafiya İnstitutlarının aparıcı alimlərinin çıxışları da gözlənilir.

BDU Fizika Problemləri İnstitutunda aparılan tədqiqatlar xarici ölkələrin müxtəlif fondlarınından alınan qrantlarla yanaşı, Azərbaycan Respublikasının prezidentinin 21 oktyabr 2009-cu il 526 saylı sərəncamı ilə yaradılmış Elmin İnkişaf Fondunun da qrantlar şəklində maliyyə dəstəyi ilə də həyata keçirilir.

Elmi konfransların keçirilməsi elmi müzakirələrlə yanaşı, həmçinin, müxtəlif ölkə alimləri ilə təmas qurmaq və Beynəlxalq qurumların maliyyələşdirdikləri proyektlərə qoşulmaq kontekstində faydalılığı, BDU Fizika Problemləri İnstitutunun keçirdiyi “Fizikanın Müasir Problemləri” Elmi Konfransının timsalında özünü daha qabarıq şəkildə nümayiş etdirir.

Mətbuat və informasiya şöbəsi, 24 noyabr 2015-ci il.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024