Bakı Dövlət Universitetinin əməkdaşlarının Avropa Birliyinin 7 Çərçivə Proqramının NAPEP layihəsi üzrə növbəti seminarında iştirakı

27/03/2012

Bakı Dövlət Universitetinin koordinatoru olduğu “Elektronika və Fotonika üçün nanotexnologiya platforması” – NAPEP layihəsi üzrə növbəti seminar 20 – 25 Mart 2012-ci il tarixində Macarıstanın Szeged şəhərində keçirilmişdir. Seminarda Bakı Dövlət Universitetindən  Tədrisin təşkili və Təlim Texnologiyaları üzrə prorektor İradə Əliyeva, NAPEP layihəsinin rəhbəri Mustafa Muradov,  BDU-nun aparıcı elmi işçisi Qönçə Eyvazova, ALTEN GROUP şirkətinin direktoru  Elmar Geybətov, Fizika fakültəsinin magistrantı Aynur Əmrahova, kimya fakültəsinin magistrantı Elvin Malikov, layihə iştirakçısı Əsmər Ömərova mühazirələrlə çıxış etmişlər. Seminarda Szeged Universitetinin Ekoloji kimya və mühəndislik fakültəsinin dekanı, layihənin Macarıstan tərəfdən rəhbəri Zoltan Konya, Szeged Universitetinin professoru Akos Kukoveks, Oulu Universitetindən  layihənin Finlandiya tərəfindən rəhbəri Krisztian Kordas  və partnyor Universitetlərin tələbə və tədqiqatçıları iştirak etmişdirlər.

Professor İradə Əliyeva öz çıxışında Bakı Dövlət Universitetinin elmi potensialı, maddi-texniki bazası və inkişaf perspektivləri haqqında məruzə ilə çıxış etmişdir. Layihə rəhbəri Mustafa Muradov öz çıxışında partnyor Universitetlərdə aparılan elmi-tədqiqat işlərini analiz etmiş və gələcəkdə nanomühəndislik və səth modifikasiya metodlarının inkişafı sahəsində birgə  tədqiqatların aparılmasının vacibliyini qeyd etmişdir. Çıxış ətrafında müzakirələr zamanı 7-ci çərçivə proqramı üçün yeni birgə layihələrin hazırlanması qərara alınmışdır.

ALTEN GROUP şirkətinin direktoru Elmar Geybətov öz çıxışında Azərbaycanda Alternativ Enerji mənbələrindən istifadə sahəsində aparılan işlərdən, ölkəmizdə elm tutumlu sənayenin inkişafı perspektivlərindən danışmışdır. Çıxış böyük marağa səbəb olmuş və gələcək layihələrdə bu şirkətin Avropa Komissiyasının birgə layihələrində kiçik və orta biznesin nümayəndəsi kimi iştirakının mümkünlüyü müzakirə olunmuşdur.

Seminar iştirakçılarının bir qrupu (Q.M.Eyvazova və E.Məlikov)  Bakı Dövlət Universiteti və Szeged Universiteti arasında planlaşdırılmış birgə eksperimentlərin aparılmasına başlamışlar.

Seminarda həmçinin partnyor universitetlər arasında gələcək elmi tədqiqat işlərinin planı, Avropa Komissiyasının 7-ci çərçivə proqramında birgə layihələrin hazırlanması, Bakı Dövlət Universiteti və Szeged Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun layihəsi müzakirə olunmuşdur.

Xəbərlər

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir
19/06/2025

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb
19/06/2025

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş
18/06/2025