Bakı Konqres Mərkəzində “Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu” keçiriləcək

25/11/2019

Bu gün Bakı Konqress Mərkəzində “Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu” keçiriləcək.  Forumun əsas məqsədi "Universitet – Məzun" münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin və milli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, beynəlxalq karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması və inkişafı üçün insan resurslarının inkişaf etdirilməsidir.


Məzun Forumunda qloballaşan dünyada universitetlərin rolu, yeni çağırışlar və gözləntilər, universitet məzunlarının gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunacaq. Forumun iştirakçıları və çıxışçılar müxtəlif illərdə universiteti bitirmiş məzunlardır. Forumda, eyni zamanda,  Bakı Dövlət Universitetinin Amerika, Avropa, Yaxın Şərq, Asiya, MDB və dünyanın digər ölkələrindən olan məzunları, müxtəlif təşkilatların və birliklərin nümayəndələri iştirak edəcək.


BDU-nun forum qarşısında duran əsas vəzifəsi müxtəlif ölkələrdən olan məzunlar arasında akademik, elmi, texnoloji və biznes sahələrində “Beynəlxalq Məzun Assosiasiyası” yaratmaqdan ibarətdir.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026