“Bayramlı Group” MMC BDU-da "Dozatorlardan düzgün istifadə" adlı “workshop” keçirib

27/05/2025

Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, "Bayramlı Group" MMC, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Karyera və məzunlarla iş Mərkəzi və "BDU könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə "Dozatorlardan düzgün istifadə" adlı sessiya keçirilib.

MMC-nin əməkdaşı Rəşadə Abdullayeva dozatorların – xüsusilə gigiyena və dezinfeksiya vasitələrinin istifadəsi ilə bağlı əsas qaydalar, praktiki yanaşmalar və düzgün tətbiq üsulları barədə ətraflı məlumat verib. Təlimçi iştirakçıların diqqətinə  dozatorların düzgün yerləşdirilməsi, istifadə zamanı gigiyenik prinsiplərə riayət olunması, təmasın minimuma endirilməsi və məhlulların optimal miqdarda tətbiqi kimi vacib nüansları çatdırıb.

Sessiya zamanı düzgün dozator istifadəsinin infeksiyaların yayılmasının qarşısının alınmasında, gigiyenik davranışların formalaşmasında və iş mühitində sanitariya tələblərinə əməl olunmasında mühüm rol oynadığı vurğulanıb.

Sonda tələbələrin sualları cavablandırılıb. Tələbələr real nümunələr üzərində dozator istifadəsi ilə bağlı praktiki biliklər əldə ediblər.

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2026

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
16/11/2026

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib
16/11/2026