BDU alimi xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsinə ağır metalların təsirini öyrənib

23/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən  Xəlilovun həmmüəllif olduğu “Xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) kəskinləşməsinə ağır metalların və mikroelement səviyyəsinin təsirinin öyrənilməsi” (“Investigation of heavy metal exposure and trace element levels in acute exacerbatıon of COPD”) adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 3.829) “Journal of King Saud University – Science” jurnalında çap olunub.

https://doi.org/10.1016/j.jksus.2022.102422

Tədqiqatın əsas məqsədi xroniki obstruktiv ağciyər xəstəliyi zamanı orqanizmdə ağır metalların və mikroelementlərin səviyyəsinin qiymətləndirilməsi və onların miqdarının XOAX-ın kəskinləşməsinə təsirinin öyrənilməsidir. Qeyd olunan tədqiqat işində 100 sağlam könüllü və XOAX-ın kəskinləşməsi dövründə olan 114 xəstə iştirak edib.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, XOAX-ın kəskinləşməsi dövründə qanda ağır metalların miqdarı artır, bu da öz növbəsində xəstəliyin daha da sərtləşməsinə və ölümlə nəticələnməsinə səbəb olur. Bunu nəzərə alaraq, qanda ağır metalların miqdarı xroniki obstruktiv ağciyər xəstəliyinin qiymətləndirilməsində diaqnostik üsul kimi istifadə oluna bilər.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026