BDU alimlərinin sintez etdiyi metal əsaslı nanohissəciklər tibdə və kənd təssərrüfatında tədbiq ediləcək

30/07/2021

BDU-nun Biofizika və biokimiya kafedrasının və Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin əməkdaşları metal əsaslı nanohissəciklərin antibakterial, antiviral, anormal maqnit, bitkilərdə stressorlara davamlılıq və stimullaşdırıcı xüsusiyyətlərini aydınlaşdırmışdır.

Bu məqsədlə bir sıra metal əsaslı nanohissəciklər (Ag, Au, Fe (II), Fe (III), ZnO, TiO2 və s.) bioloji üsullarla (bitkilərin müxtəlif orqanlarından alınan ekstraktlar və homogenatlar vasitəsi ilə) sintez edilmişdir. Gümüş nanohissəciklərinin antiseptik və antiviral effektləri ətraflı olaraq öyrənilmiş, onların bioloji sintez yolu ilə alınmış toksik olmayan formaları dərman daşıyıcıları, antiseptik tibbi materialların hazırlanmasında istifadəsi imkanları araşdırılmışdır. Nanohissəciklərdən bitkilərin inkişafının stimullaşdırılmasında və duza davamlılığının artırılmasında effektiv istifadə edilməsi üçün eksperimental metodlar işlənib hazırlanmışdır.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026