BDU beynəlxalq “workshop”da beynəlmiləlləşmə və dayanıqlı inkişaf təcrübəsini təqdim edib

11/09/2025

Bakı Dövlət Universiteti (BDU) Türkiyənin Atatürk Universitetinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq əməkdaşlıq, qloballaşma və dayanıqlı inkişaf” (“International Cooperation, Globalisation and Sustainable Development”) adlı beynəlxalq “workshop”da təmsil olunub. Tədbirdə BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov iştirak edib.

Asiman İlyasov çıxışında BDU-nun beynəlmiləlləşmə strategiyası, rəqabət qabiliyyətliliyinin artırılması, dayanıqlı inkişaf istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib, universitetin bu sahədəki uğurlu təcrübəsini iştirakçılarla bölüşüb. O, beynəlxalq əməkdaşlığın təhsil, elmi-tədqiqat və sosial məsuliyyət sahələrində dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycan, Mərakeş, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. BDU ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universiteti (Azərbaycan), Qara Dəniz Texniki Universiteti (Türkiyə), Hitit Universiteti (Türkiyə), Van Yüzüncü Yıl Universiteti (Türkiyə), Şarja Universiteti (BƏƏ), Delta Elm və Texnologiya Universiteti (Misir), İbn Tofeyl Universiteti (Mərakeş) və Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti (Malayziya) tədbirdə təmsil olunublar.

İştirakçılar ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, qlobal miqyasda qarşılıqlı təcrübə mübadiləsinin aparılması və dayanıqlı inkişaf hədəflərinə töhfə verəcək yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində müzakirələr aparıblar.

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026