BDU Elmi Şurasının iclasında 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili barədə qərar qəbul edilmişdir

18/12/2020

Bakı Dövlət Universiteti (BDU) 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bütün şəraiti yaradacaq, COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinlikləri, Vətən Müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemləri, cəbhə bölgəsində yaşayan tələbələrin, habelə onlayn dərslərə qoşulmaqda çətinliklərlə üzləşən, onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələri nəzərə alaraq bütün təhsilalanlar üçün güzəştlər tətbiq edəcəkdir. Bu gün keçirilən BDU-nun Elmi Şurasının iclasında ötən imtahan sessiyasında olduğu kimi, bu imtahan sessiyasında da tələbəyönümlü qərarlar qəbul edilmişdir.

Belə ki, BDU mövcud şəraitə uyğun olaraq bütün tələbələrin cari semestrdə tədris olunan fənlər üzrə imtahanlara buraxılması qərara alınmışdır. Cari qiymətləndirmədə bütün tələbələrə davamiyyət və sərbəst işlər üçün ümumilikdə 20 bal veriləcək (hər biri 10 bal olmaqla), tələbənin semestr ərzində biliyi isə 30 baladək qiymələndiriləcək.

Bütün fənlər üzrə imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək sadələşdiriləcək və ixtisasın tədris planında fənnə ayrılmış saatların miqdarından asılı olaraq 20-30% azaldılacaq.

Bakalavriat və magistratura səviyyələrinin bütün kurslarında 1 fənn üzrə ümumi qiymətləndirilmə tələbənin cari imtahan sessiyasında əldə etdiyi nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricinə - ÜOMG) uyğun olaraq aparılacaq. Bununla bərabər belə qiymətləndirmə ilə razılaşmayan və həmin fəndən imtahan vermək istəyən tələbələr üçün mövcud qaydalar əsasında imtahanlar təşkil ediləcək.

Sessiya imtahanları 2021-ci il 11 yanvar tarixindən başlayaraq distant (məsafədən) olaraq şifahi formada təşkil ediləcək. Nəticələr imtahanın gedişində tələbələrə elan ediləcək. Qiymətləndirmə ilə razılaşmayan tələbələrin müraciətlərinə imtahan prosesinin sonunadək rektorun nümayəndəsi, fakültə dekanı, müvafiq kafedranın müdiri və fənn müəlliminin iştirakı ilə yenidən baxılacaq.

Mövcud vəziyyətlə əlaqədar olaraq, tələbələrin şikayət və təkliflərinə həssaslıqla yanaşılacaq, hər bir hal üzrə müraciət BDU rektorunun yanında yaradılmış Apelyasiya Komissiyasında dəqiq və operativ şəkildə araşdırılaraq cavablandırılacaq, imtahanların təşkilində və gedişində nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Müəyyən səbəblərdən tədris materiallarını mənimsəməyən və ya imtahan sessiyasında onlayn iştirak edə bilməyən tələbələr üçün də bütün şərait yaradılacaq. Bu qəbildən olan tələbələr üçün 2021-ci ilin yanvar ayının sonunadək distant formada və ya “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr  tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət etməklə ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacaq və növbəti semestr başlayanadək imtahan vermələri üçün müvafiq şərait yaradılacaq.

 

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024