BDU ilə Almaniyanın Halle Vittenberq Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb

21/12/2021

Bakı Dövlət Universitetində (BDU) tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və Universitetin beynəlxalq rəqabətliliyinin artırılmasına xüsusi diqqət yetirilir. Dünyanın bir sıra universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür.

BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda keçirilən Beynəlxalq elmi konfransının açılış mərasimində BDU-nun rektoru Elçin Babayev və Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universitetinin rektoru Kristian Titye magistratura pilləsi üçün ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalayıb.

Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan əməkdaşlığın nəticəsi olaraq Bakı Dövlət Universiteti və Halle Vittenberq Universitetinin müəllim və tələbə heyətinin elm, təhsil ehtiyaclarına böyük əhəmiyyət verərək, hüquq sahəsində ali təhsilin ixtisaslaşdırılmış sahələrinin yaradılması ehtiyacını əsas götürərək, hüquq ixtisasının peşəkar səviyyədə və yüksək səriştə ilə tədris olunmasını, habelə, sözügedən sahənin cəmiyyətdə aktuallığını nəzərə alaraq BDU-nun Hüquq fakültəsi ilə Halle Vittenberq Universitetinin Hüquq fakültəsinin magistratura pilləsində beynəlxalq iqtisadi hüquq sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə beynəlxalq iqtisadi hüquq sahəsində ikili diplom proqramı üzrə birgə kadr hazırlığı məqsədilə ikili diplom proqramının həyata keçirilməsi öz əksini tapıb.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024