BDU ilə Belarus Dövlət İnformasiya Texnologiyaları və Radioelektronika Universiteti arasında anlaşma memorandumu

13/01/2025

Bakı Dövlət Universiteti (BDU) ilə Belarus Dövlət İnformasiya Texnologiyaları və Radioelektronika Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Belarus Dövlət İnformasiya Texnologiyaları və Radioelektronika Universitetinin rektoru Vadim Boquş imzalayıblar.

Memorandum təhsil və elm sahələrində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkilini nəzərdə tutur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.

Belarus Dövlət İnformasiya Texnologiyaları və Radioelektronika Universiteti ilə imzalanan memorandum BDU-nun beynəlxalq əlaqələrini genişləndirmək və universitetin qlobal nüfuzunu artırmaq məqsədilə atdığı mühüm addımlardan biridir.

 

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026