BDU ilə İtaliyanın G. N. Annunzio adına Çieti-Peskara Universiteti arasında əməkdaşlıq müzakirə edilib

06/02/2025

İtaliyanın G. N. Annunzio adına Çieti-Peskara Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Əsgər Zeynalabdinov, Yeganə Əliyeva və Xarici tələbələrlə iş şöbəsinin əməkdaşı Sevinc Məmmədova iştirak ediblər.

Görüşdə çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov universitetin fakültələri və əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək, İtaliya universitetləri ilə elmi-pedaqoji əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, BDU xarici universitetlərlə elmi-pedaqoji əlaqələrin qurulmasına, ikili diplom proqramlarının tətbiqi ilə kadr hazırlığına xüsusi önəm verir. Bu baxımdan Çieti-Peskara Universiteti ilə müvafiq sahələr üzrə əməkdaşlıq perspektivləri müsbət nəticələr verə bilər.

Sonra nümayəndə heyətinin başçısı, Çieti-Peskara Universitetinin beynəlxalq əlaqələr və “Erasmus” üzrə baş mütəxəssisi, Beynəlxalq Hərəkətlilik Ofisinin rəhbəri Conte Glauco Antonio, Psixobiologiya və fizioloji psixologiya kafedrasının dosenti Marcello Costantini və Dil Mərkəzinin direktoru Tania Zulli universitetləri haqqında məlumat veriblər. Çieti-Peskara Universitetinin 3 məktəbi və 15 fakültəsi ilə BDU-nun fakültələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub və birgə əməkdaşlığa dair təkliflər irəli sürülüb.

Xəbərlər

Küsülüləri barışdıran, xoş sözlər danışılan çərşənbə

Küsülüləri barışdıran, xoş sözlər danışılan çərşənbə
18/03/2025

Məktəblilər BDU-nu ziyarət ediblər

Məktəblilər BDU-nu ziyarət  ediblər
17/03/2025

BDU-da “İrəvan ədəbi mühiti” mövzusunda tədbir keçirilib

BDU-da “İrəvan ədəbi mühiti” mövzusunda tədbir keçirilib
17/03/2025