BDU komandası Qərbi Azərbaycanla bağlı “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub
28/04/2026
Bakı Dövlət Universitetinin (BDU) komandası "İrəli" İctimai Birliyinin “Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyununda I yeri tutub.
İştirakçılar Qərbi Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı biliklərini nümayiş etdirərək rəqabətli mühitdə mübarizə aparıblar.
İntellektual oyun Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Qərbi Azərbaycan irsini tanı” layihəsinin silsilə tədbirlərinin davamıdır. Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) tərəfdaşlığı ilə həyata keçirilib.




Xəbərlər
622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
