BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə “Cybersecurity Capture the Flag (CTF) 2026” olimpiadasında iştirak edəcək
13/02/2026
Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət komandası 2026-cı 27-29 mart il tarixlərində Özbəkistanın Orta Asiya Universitetində keçiriləcək kibertəhlükəsizlik üzrə “Cybersecurity Capture the Flag (CTF) 2026” olimpiadasında iştirak edəcək.
Komandanın məşqçisi İsmayıl Zeynalov, üzvləri isə BDU tələbələri Sübhan Sultanov (II kurs), Kənan Rəsulov, Cəmil Cəfərli (III kurs) və Əli Quliyevdir (IV kurs).
Ali təhsilin bakalavriat səviyyəsinin tələbələri arasında keçirilən Olimpiada kibertəhlükəsizlik, şəbəkə təhlükəsizliyi, rəqəmsal kriminalistika, kriptoqrafiya və sistem müdafiəsi istiqamətində tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş hakatondur.
Xəbərlər
BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq
BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq
