BDU əməkdaşları Eskişehir Texniki Universitetində “Erasmus+ Təlim İşçilərinin Mobillik Proqramı-KA107” təlimində iştirak ediblər

08/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (TİİMM) direktor müavini Mustafa Muradov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Ofeliya Balayeva və TİİMM-nin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşı Günel Əliyeva  Türkiyə Respublikasının Eskişehir Texniki Universitetində “Erasmus+ Təlim İşçilərinin Mobillik Proqramı-KA107” layihəsi çərçivəsində müəllim və elmi tədqiqatçıların təlimində iştirak ediblər.

Təlim çərçivəsində keçirilən seminarlarda Universitetin rektoru, professor Tuncay Döğeroğlu, prorektoru, professor Gürsoy Arslan, Mühəndislik fakültəsinin dekanı, professor Onur Kaya, Kimya kafedrasının müdiri, professor Nezihe Ayas, Bakı Dövlət Universiteti, Kazan Milli Araşdırma Texnologiyaları Universiteti və Livanın Kaslik Holi Sipirit Universitetinin professor-müəllim heyəti iştirak ediblər.

Seminarlarda Mustafa Muradov “SILAR üsulu ilə formalaşma zamanı nanomaterialların böyüməsinin xüsusiyyətləri” və “Sənayenin akademik sahələrlə əməkdaşlığı”, Ofeliya Balayeva onlayn formada “Laylı ikiqat hidroksidlər və polimerlər əsasında nanokompozitlər” və “Distant təhsildə aktiv tədris metodları”, Günel Əliyeva isə “Təkmilləşdirilmiş laboratoriya təlimatının hazırlanması” və “Supramolekulyar təşkil və materialların dizaynı” mövzularında təqdimatlarla çıxış ediblər.

Təlim zamanı iştirakçılar Kimya mühəndisliyi bölümünün tədris və tədqiqat laboratoriyaları ilə tanış olublar. Bakı Dövlət Universiteti, Eskişehir Texniki Universiteti və Kaslik Holi Sipirit Universitetinin nümayəndələrinin üçtərəfli görüşündə Erasmus layihələri çərçivəsində əməkdaşlıq, birgə tədqiqatların keçirilməsi, ikili diplom və tələbələrin hərəkətlilik proqramları barədə müzakirələr aparılıb.

Təlim çərçivəsində Eskişehir Texniki Universitetinin əməkdaşları universitetlə tanışlıq tədbirləri təşkil ediblər. İştirakçılar Eskişehir Texniki Universitetinin Yunus Emre Rəsədxanasında olublar. Rəsədxananın elmi işçisi, dosent Mətin Altan aparılan tədqiqat işləri barədə təqdimatla çıxış edib. Təlimçilər Eskişehir Texniki Universitetinin Aviasiya və Astronavtika fakültəsində olublar. Fakültənin dekan müavini, professor Enis Turhan Turgut təlimçiləri maddi-texniki baza və tədris olunan dərslərlə tanış edib.

Təlimin sonunda üçtərəfli görüşdə müəyyən olunan məsələlər və aktual problemlər təkrar müzakirə olunub və həyata keçirilə biləcək tədris və tədqiqat layihələri müəyyənləşdirilib.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024