BDU Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisində təmsil olunur

26/10/2023

Bakı Dövlət Universiteti (BDU) ADA Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunur.

Oktyabrın 25-də açılışı olan tədbirin əsas məqsədi Azərbaycandan və dünyanın müxtəlif məkanlarından olan yazıçıları, nəşriyyatları, kitabxanaları və oxucuları bir araya gətirərək elmin, təhsilin, ədəbiyyatın təntənəsini qeyd etmək və fikir mübadiləsi aparmaqla Ulu Öndər Heydər Əliyev irsini dərin hörmətlə yad etməkdir.

Sərgi-yarmarkada BDU-nun Elmi Kitabxanasının stendində Ümummilli Lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini, xidməti fəaliyyətini, sovet dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işləri, keçirdiyi görüşləri, ölkəmizin regionlarına və xaricə səfərlərini, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli sərkərdəliyi, Ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində şanlı qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən bəhs edən 100-ə yaxın nəşr nümayiş olunur.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi oktyabrın 27-nə kimi davam edəcək.

Xəbərlər

Ən böyük azərbaycanlı, əbədiyaşar Lider

Ən böyük azərbaycanlı, əbədiyaşar Lider
12/12/2025

BDU-da “Ölməz Lider” adlı tədbir keçirilib

BDU-da “Ölməz Lider” adlı tədbir keçirilib
12/12/2025

BDU tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
12/12/2025