BDU “QS AVROPA 2025” və “QS QƏRBİ ASİYA 2025” reytinqlərində əhəmiyyətli irəliləyişə nail olub

10/07/2024

Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” agentliyi “QS Avropa 2025” (“QS Europe 2025”) və “QS Qərbi Asiya 2025” (“QS Western Asia 2025”) reytinq nəticələrini elan edib. Avropanın 42 bölgəsindən müvafiq meyarlara cavab verən 685 ali təhsil müəssisəsi reytinq siyahısında yer ala bilib.

Bakı Dövlət Universiteti (BDU) “QS Avropa 2025” reytinqində ötən illə müqayisədə 43% irəliləyiş eldə edib və 78 pillə irəliləyərək 336-cı mövqeyə yüksəlib. Eləcə də BDU “QS Qərbi Asiya 2025” reytinq siyahısında 4 pillə irəliləyərək 93 universitet arasında 15-ci mövqedə qərarlaşıb. Müvafiq reytinq qiymətləndirilməsi zamanı BDU Avropada “Fakültə-tələbə nisbəti” (“Faculty-Student Ratio”) indikatoru üzrə 70-ci, “Məşğulluq nəticələri” (“Employment Outcomes”) indikatoru üzrə 99-cu, “Akademik nüfuz” (“Academic Reputation”) indikatoru üzrə isə 174-cü mövqeyə yüksəlib.

Məlumat üçün bildirək ki, BDU müvafiq reytinq qiymətləndirməsində “Məşğulluq nəticələri” (“Employment Outcomes”),  “Beynəlxalq tədqiqat şəbəkəsi” (“International Research Network”), “Mübadilə ilə gələn tələbələr” (“Inbound Exchange Students”), “Əcnəbi tələbə müxtəlifliyi” (“International Student Diversity”), “Fakültə üzrə nəşr” (“Papers per Faculty”) və “Dayanıqlılıq” (“Sustainability”) indikatorları üzrə ölkədə birinci mövqedə qərarlaşıb.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026