BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

16/09/2026

Bakı Dövlət Universiteti (BDU) yeni beynəlxalq uğura imza ataraq, nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən dərc olunan “QS Biznes Magistr Proqramları Reytinqi 2027: Menecment üzrə Magistratura” (“QS Business Master’s Rankings 2027: Master’s in Management”) və “QS Biznes Magistr Proqramları Reytinqi 2027: Maliyyə üzrə Magistratura” (“QS Business Master’s Rankings 2027: Master’s in Finance”) reytinqlərində yer alıb. Belə ki, BDU ilk dəfə olaraq menecment və maliyyə olmaqla iki istiqamət üzrə QS-in müvafiq beynəlxalq reytinqində yer almağa nail olub və hər iki istiqamət üzrə 201+ mövqedə qərarlaşıb.

Bu nəticə BDU-nun idarəetmə və maliyyə istiqamətlərində magistratura proqramlarının beynəlxalq səviyyədə tanınması və universitetin qlobal reytinqlərdə mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm göstəricidir.

Reytinqin ayrı-ayrı indikatorları üzrə BDU-nun göstəriciləri də diqqətəlayiqdir. Belə ki, menecment üzrə magistratura proqramı “Müxtəliflik” (“Diversity”) indikatoru üzrə 111–120-ci, “Məzun nəticələri” (“Alumni Outcomes”) indikatoru üzrə isə 151–200-cü mövqedə qərarlaşıb. Maliyyə üzrə magistratura proqramı isə “Müxtəliflik” (“Diversity”) və “Məzun nəticələri” (“Alumni Outcomes”) indikatorları üzrə 151–200-cü mövqedə yer alıb.

Məlumat üçün bildirək ki, müvafiq reytinq üzrə qiymətləndirmə zamanı məzunların məşğulluq göstəriciləri, işəgötürənlərin rəyi, akademik və elmi nüfuz, məzunların uğurları, beynəlmiləlləşmə səviyyəsi və təhsilin səmərəliliyi kimi əsas meyarlar nəzərə alınır.

BDU-nun bu istiqamətlər üzrə əldə etdiyi nəticələr Universitetin qlobal səviyyədə tanınmasına töhfə verməklə yanaşı, Azərbaycanın aparıcı ali təhsil müəssisəsi kimi mövqeyini daha da möhkəmləndirir və beynəlxalq standartlara uyğun təhsil və tədqiqat fəaliyyətinin həyata keçirildiyini nümayiş etdirir.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026