BDU rektoru “Rektorlar klubu: Mərkəzi Asiya+” təşəbbüsü üzrə beynəlxalq tədbirdə iştirak edib

26/09/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev beynəlxalq ali təhsil müzakirələrinin mühüm platformalarından biri olan “Rektorlar klubu: Mərkəzi Asiya+” təşəbbüsü çərçivəsində keçirilən tədbirdə iştirak edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Qazaxıstanın Almatı Menecment Universitetinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində “Qlobal kontekstdə yerli kimlik”, “Avrasiya universitetləri: dəyərlər, mədəniyyət və missiya vasitəsilə inkişaf” və “Avrasiya universitetlərinin rəqəmsal strategiyası və beynəlmillələşmə” kimi aktual mövzular üzrə panel müzakirələr aparılıb.

BDU-nun da təmsil olunduğu görüş çərçivəsində müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər və perspektiv əməkdaşlıq imkanlarına dair müzakirələr keçirilib.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026