BDU rektoru "THE Avrasiya Universitetlərinin Sammiti”nin panel müzakirəsində spiker kimi çıxış edib

25/09/2025

Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakıda keçirilən “Times Higher Education (THE) Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Universitet–cəmiyyət tərəfdaşlıqlarının yenidən təsəvvür edilməsi” adlı panel müzakirəsində spikerlərdən biri qismində çıxış edib.

Müzakirədə universitetlərin cəmiyyətlə tərəfdaşlıq münasibətlərinin yenidən düşünülməsi, dayanıqlı və təsirli maarifləndirmə təşəbbüslərinin hazırlanması, yerli iqtisadi inkişafın dəstəklənməsində ali məktəblərin rolu, qarşılıqlı fayda əsasında qurulan tərəfdaşlıqların əhəmiyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

BDU rektoru Elçin Babayev çıxışında universitetlərin yalnız təhsil və elmi fəaliyyətlə məhdudlaşmayaraq, həm də cəmiyyətin sosial və iqtisadi inkişafına töhfə verməsinin vacibliyini vurğulayıb. O, Bakı Dövlət Universitetinin bu istiqamətdə həyata keçirdiyi müxtəlif təşəbbüslər, yerli icmalarla əməkdaşlıq layihələri və regionun dayanıqlı inkişafına dəstək strategiyalarından bəhs edib.
Panelin moderatoru Almaniyanın Constructor Universitetinin vitse-prezidenti Tomas Auf der Heyde, digər spikeri isə “Reichert Ali Təhsil Konsaltinq” şirkətinin təsisçi direktoru Sibille Reyxert olub.

Sammitdə BDU-nun iştirakı Universitetin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə və qlobal təcrübələrin yerli təhsil sisteminə inteqrasiyasına mühüm töhfə verir.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026