BDU rektoru və “İçərişəhər” Qoruğu İdarəsinin İH sədri arasında görüş keçirilib

25/05/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevlə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Idarə Heyətinin sədri Şahin Seyidzadə arasında görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Daha sonra BDU tələbələri ilə görüşən Şahin Seyidzadə Qoruq İdarəsində yay təcrübə proqramı barədə onları məlumatlandırıb.

BDU-nun rektoru Elçin Babayev Universitetin əsas missiyalarından birinin müasir dövrün tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanması olduğunu bildirib.

İçərişəhərin tariximiz üçün müstəsna əhəmiyyətini qeyd edən rektor Qoruq İdarəsində yay təcrübə proqramının tələbələrin gələcək karyeraları üçün mühüm rol oynayacağını diqqətə çatdırıb.

Şahin Seyidzadə Qoruq İdarəsində yay təcrübə proqramının mahiyyəti, üstünlükləri haqqında geniş məlumat verib.

Qoruq İdarəsinin yay təcrübə proqramında BDU-nun Tarix, Coğrafiya və Şərqşünaslıq fakültələrinin III kurs tələbələri iştirak edə biləcəklər.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.






Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024