BDU rektoruna “Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı” verilib

16/10/2012

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) “Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı”nın Bakı Dövlət Universitetinin rektoru, akademik  Abel Məhərrəmova verilməsi haqqında qərar qəbul edib. Bu prestijli mükafat akademik Abel Məhərrəmova Kimya (nanomateriallar və nanotexnologiyalar) sahəsindəki böyük uğurlarına görə verilib. Mükafata sertifikat, qızıl medal və pul daxildir. Mükafat 20-21 noyabr 2012 tarixlərində Sudanın Xartun şəhərində keçiriləcək  “Ali Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı İslam Konfransı”nın çərçivəsində təqdim ediləcək.

“Elm və Texnologiya sahəsində mükafat” İSESCO tərəfindən təşkilatın üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin həll olunması uğrunda görülən mühüm işləri mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq etmək məqsədilə 2008-ci ildə təsis edilib. Həmin mükafat 2 ildən bir - biologiya, kimya, geologiya, riyaziyyat və fizika sahələrində əldə edilən nailiyyətlərə görə 56 ölkə üzrə yalnız 1 nəfərə verilir. Akademik Abel Məhərrəmov bu mükafata layiq görülən ilk azərbaycanlı alimdir.

Qeyd etmək lazımdır ki, İslam Təhsil Elm və Mədəniyyət Təşkilatı  (İSESCO) 1979-ci ildə “İslam Konfransı” Təşkilatı tərəfindən təsis edilmişdir. Təşkilatın baş qərargahı Rabat (Mərakeş) şəhərində yerləşir. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva bu təşkilatın xoşməramlı səfiridir.

Mətbuat və informasiya şöbəsi, 16 oktyabr 2012-ci il.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026