BDU “Round University Ranking” reytinqində 137 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyə yüksəlib

02/06/2025

Bakı Dövlət Universiteti (BDU) 2025-ci il üçün açıqlanan “Round University Ranking” (RUR) beynəlxalq reytinq cədvəlində 137 pillə irəliləyərək, Azərbaycanın ali təhsil müəssisələri arasında lider mövqeyə sahib olub. BDU bu nüfuzlu reytinqdə 825-ci mövqedə qərarlaşaraq, ötənilki 962-ci göstərici ilə müqayisədə ciddi irəliləyiş nümayiş etdirib.

RUR reytinqi dünya üzrə ali təhsil müəssisələrinin fəaliyyətini 20 göstərici əsasında dörd strateji sahə – tədris (40%), tədqiqat (40%), beynəlxalq müxtəliflik (10%) və maliyyə dayanıqlığı (10%) üzrə qiymətləndirir.
Qeyd edək ki, RUR reytinqinin məlumatları nüfuzlu “Clarivate Analytics” şirkətinin “Global Institutional Profiles Project” platforması vasitəsilə toplanır və “Web of Science Core Collection” bazasındakı bibliometrik göstəricilərə əsaslanır. Tədris və tədqiqat sahələrində reputasiya göstəriciləri isə hər il keçirilən Akademik Reputasiya Sorğusu əsasında müəyyənləşdirilir.

BDU-nun bu uğuru Universitetin son illərdə həyata keçirdiyi genişmiqyaslı islahatların, akademik potensialın inkişafı, elmi tədqiqatların stimullaşdırılması, beynəlxalq əlaqələrin gücləndirilməsi və maliyyə idarəetməsinin səmərəliliyinin bariz nəticəsidir.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026