BDU Rumıniyanın Alexandru İoan Cuza İasi Universiteti ilə Erasmus mübadilə protokolu imzalayıb

25/01/2022

Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu elm və təhsil müəssisələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsinə, beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirir. Beynəlxalq əməkdaşlıq Universitetinin inkişaf startegiyasında prioritet istiqamətlərdən hesab olunur. Bu istiqamətdə BDU ilə Rumıniyanın Alexandru İoan Cuza İasi Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.

BDU ilə Alexandru İoan Cuza İasi  Universiteti arasında imzalanan Erasmus mübadilə protokolunda tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi öz əksini tapıb. Həyata keçirilən əməkdaşlığın əsas məqsədi BDU-nun Alexandru İoan Cuza İasi  Universiteti ilə əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Alexandru İoan Cuza İasi  Universitetinin rektoru Tudorel Toader imzalayıb.

Məlumat üçün bildiririk ki, əsası 1860-cı ildə qoyulmuş Rumıniyanın Alexandru Ioan Cuza Iasi Universitetində 25000  tələbə təhsil alır. Universitetdə  15 fakütədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Alexandru Ioan Cuza Iasi Universiteti QS WUR fənn reytiqində 1201+ pillədə yer alır.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024