BDU THİK tələbələrin tələbələrin qayğısına qalır

22/10/2012

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin öz gələcək karyeralarını qurmaq, gələcəkdə əmək fəaliyyətinə başlamaq istərkən əmək bazarında layiqli iş yerlərini tutmaq, hətta təhsil aldıqları müddətdə belə öz maddi ehtiyaclarının bir hissəsini ödəməyin mümkün istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə mütəmadi olaraq müxtəlif təqdimatlar, seminarlar, dəyirmi masalar və s. təşkil edir. Bu sırada növbəti tədbiri (19.10.2012) BDU THİK ölkənin özəl sektorunda ən böyük və tanınmış kampaniyalardan biri olan “Azercell telecom” ilə birgə reallaşdırdı. Bu dəfəki görüşdə əsas məqsəd “Azercell” şirkətinin təhsil alan gənclərlə bağlı həyata keçirdiyi sosial layihələr haqqında tələbələrə geniş informassiya vermək və tələbələrin bu  lahiyələrdən əldə edəcəkləri faydalar haqqında məlumatladırmaqdan ibarət idi. Görüşü giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov təhsila alan gənclərin gələcək kariyeralarının müəyyənləşdirilməsində bu tip təqdimatların, tanıtımların əhəmiyyətini qeyd edərək tələbələri bu görüşlərdə aktiv olmağa, elan olunan layihə və proqramlarda yaxından iştirak etməyə çağırdı və BDU THİK-nin gələcəkdə də bu istiqamətdə işlərini davam etdirəcəklərini bildirdi. Sonda D. Qənbərov sözü “Azərcell” şirkətinin insan resursları departamentinin əməkdaşı Aynurə Priyevaya verdi. A. Priyeva “Azərcell” şirkəti, onun həyata keçirdiyi sosial layihələr, xüsusi ilə də “tələbə təqaüd proqramı”, tələbələrin sözü gedən şirkətdə iş təcrübəsi keşmək və s. haqqında ümumilikdə 40 dəqiqəlik slayd təqdimatla çıxış etdi. Görüş tələbələr tərəfindən böyük maraqla izlənildi və sonda tələbələrin suallarının cavablandırılması ilə yekunlaşdı.

Mətbuat və informasiya şöbəsi, 22 oktyabr 2012-ci il.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026