BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi ingilis dilində “Xocalı - insanlığa qarşı cinayət” sənədli filmi hazırlayıb

25/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hazırlanan “Xocalı – insanlığa qarşı cinayət” (“Khojaly - crime against humanity") sənədli filminin təqdimatı keçirilib.

Təqdimatda BDU-nun professor-müəllim heyəti və tələbələri iştirak edib.

Filmin rejissoru BDU THİK sədri Hacıbaba Mustafayevdir. O, çıxışında insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı soyqırımı haqqında sənədli filmin beynəlxalq film festivallarında iştirak edəcəyini bildirib.

Daha sonra film nümayiş etdirilib. Xocalı soyqırımı zamanı baş vermiş hərbi cinayətlər sənədli filmin əsas mövzusudur. Filmdə Xocalı faciəsinin dəhşətləri şahidlərinin sözləri ilə tamaşaçılara təqdim olunur.

Sənədli filmin sonunda Xocalı faciəsinin dəhşətlərini bütün dünyaya çatdırmaq üçün BMT-nin 6 rəsmi dilində sosial mesaj verilir.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026