BDU tələbələri arasında “HEYDƏR ƏLİYEV – BDU-NUN DÜNYA ŞÖHRƏTLİ MƏZUNU” adlı esse müsabiqəsinə qəbul davam edir

10/03/2023

Bakı Dövlət Universitetinin (BDU) tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “HEYDƏR ƏLİYEV – BDU-NUN DÜNYA ŞÖHRƏTLİ MƏZUNU” adlı esse müsabiqəsinə qəbul davam edir.

Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.

Esselər müəllifin tələbə biletinin surəti ilə birlikdə aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

I yer – 700 manat;

II yer – 500 manat;

III yer – 300 manat.

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89

e-mail: press-service@bsu.edu.az

Xəbərlər

BDU-da akademik Həsən Əliyevə həsr olunmuş elmi seminar

BDU-da akademik Həsən Əliyevə həsr olunmuş elmi seminar
16/12/2025

BDU-da növbəti ixtisaslaşmış karyera sərgisi keçiriləcək

BDU-da növbəti ixtisaslaşmış karyera sərgisi keçiriləcək
16/12/2025

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər
15/12/2025