BDU tələbələri arasında Zəfər Gününə həsr olunmuş esse və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

26/11/2025

Bakı Dövlət Universitetinin (BDU) tələbələri arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş esse və rəsm müsabiqələrinin qalibləri BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, esse müsabiqəsinin komissiyasının qərarı ilə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbəsi Mehri Quluzadə I, Mexanika-riyaziyyat fakültəsinin III kurs tələbəsi Həmidə Nəbizadə II, Coğrafiya fakültəsinin III kurs tələbəsi Varis Əhmədli III yerə layiq görülüblər. Filologiya və Hüquq fakültələrinin III kurs tələbələri Nəzrin Həsənli və Jalə Xankişiyeva isə həvəsləndirici yerləri qazanıblar. Rəsm müsabiqəsinin qalibi isə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin I kurs tələbəsi Ayla Mahmudova olub.

Qalibləri təbrik edir, uğurlar arzulayırıq!




Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026