BDU Türkiyənin Erzincan Binəli Yıldırım Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

21/10/2024

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Erzincan Binəli Yıldırım Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Erzincan Binəli Yıldırım Universitetinin rektoru Akın Levent imzalayıb.

Protokolda hər iki universitetin tələbələri, akademik və inzibati heyətinin qarşılıqlı mübadiləsi öz əksini tapıb.

Erzincan Binəli Yıldırım Universitetinin əsası 1976-cı ildə qoyulub. 12 fakültə, 17 mərkəz, 11 peşə məktəbi, 3 kollec və 4 institutun fəaliyyət göstərdiyi universitetdə 25000-ə yaxın tələbə təhsil alır.

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026