BDU Türkiyənin Orta Doğu Texniki Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

04/11/2023

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Orta Doğu Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Protokolu BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Türkiyənin Orta Doğu Texniki Universitetinin “Erasmus” koordinatoru Qaye Teksöz imzalayıb.

Protokol BDU ilə Orta Doğu Texniki Universiteti arasında əlaqələrin genişləndirilməsini, təhsilalanlar, tədqiqatçılar və akademik heyətin mübadiləsini nəzərdə tutur.

Əsası 1956-cı ildə qoyulmuş Orta Doğu Texniki Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. 28000-dən çox  tələbənin təhsil aldığı universitetdə 5 fakültə, 5 peşə məktəbi və 5 beş institut fəaliyyət göstərir.

 

Xəbərlər

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır
14/07/2026

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır  
13/07/2026