BDU və ADA Universitetinin əməkdaşları "Dspace - rəqəmsal kitabxana və elektron sənəd arxivi" mövzusunda müzakirə aparıblar

14/01/2021

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının təşkilatçılığı və ADA Universiteti Kitabxanasının iştirakı ilə "Dspace - rəqəmsal kitabxana və elektron sənəd arxivi" mövzusunda onlayn tədbir keçirilib. Tədbir Microsoft Teams platforması üzərindən baş tutub.

Tədbirdə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov BDU-da elmi fəaliyyətin təşkilində və təhlilində rəqəmsal informasiya sisteminin yaradılmasının vacibliyindən danışıb. O qeyd edib ki, bu məsələ BDU-nun  diqqət mərkəzindədir.

Elmi Kitabxananın direktoru Nigar İsmayılova BDU-nun Elmi Kitabxanasında bu məqsəd üçün xüsusi sektor da yaradıldığına diqqət çəkib. Universitetdə rəqəmsal kitabxana və elektron sənəd arxivlərinin yaradılmasında, rəqəmsal kontentin uzunmüddətli qorunub saxlanılmasında və əlçatanlığının təmin edilməsində mövcud olan proqram məhsulları ilə müqayisədə Dspace-in daha geniş tətbiq olunduğunu vurğulayıb.

ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov ölkəmizdə Dspace proqram təminatını tətbiq edən təhsil müəssisələrinin və xüsusilə də təmsil etdiyi universitetin bu sahədəki təcrübəsini bölüşüb. ADA-nın əməkdaşı İltifat İbrahimov sistemin texniki imkanları haqqında geniş məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb, İT mərkəzinin əməkdaşları texniki məsələləri müzakirə ediblər.

Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Kompüter Elmi və Texnologiyası və Süni İntellekt məktəbləri ilə tanış olub

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Kompüter Elmi və Texnologiyası və Süni İntellekt məktəbləri ilə tanış olub
16/12/2025

BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib

BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib
16/12/2025