BDU və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC arasında anlaşma memorandumu imzalanıb

05/11/2026

Bakı Dövlət Universiteti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimi BDU-da Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş  “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda Respublika elmi-praktik konfrans çərçivəsində keçirilib.

Memorandum peşəkar jurnalist kadrların hazırlanmasına mühüm töhfə verəcək. Sənəd iki qurum arasında ortaq tədqiqatların aparılmasını, təhsilalanlar, gənc tədqiqatçılar üçün təcrübə proqramları, mentorluq, seminar və təlim proqramlarının təşkilini nəzərdə tutur. Sorğular və sosial tədqiqatların keçirilməsi, ictimaiyyətlə əlaqələrin və məlumatlandırma kampaniyalarının birgə təşkili, strateji sənədlər və dövlət proqramlarının elmi əsaslandırılması məqsədilə tövsiyələrin hazırlanması, davamlı inkişaf və sosial rifah mövzularında ekspert müzakirələri və dəyirmi masaların keçirilməsi də memorandumda əks olunub.

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026