BDU və MDU-nun birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

15/11/2021

Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunan bədii qiraət müsabiqəsi keçirilib. Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin mədəni irsinin təbliğinə töhfə vermək məqsədi daşıyan birgə bədii qiraət müsabiqəsinin əvvəlcə MDU tələbələri, növbəti dəfə isə BDU tələbələri arasında keçirilməsi nəzərdə tutulub.

“Microsoft Teams” platforması üzərindən onlayn formada təşkil edilən tədbirdə hər iki universitetin əməkdaşları, tələbə və magistrantarı iştirak ediblər.

MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana Nəsiblinin aparıcılığı ilə keçirilən virtual bədii qiraət müsabiqəsinin münsiflər heyətində universitetin müəllimləri –Günel Yunusova, Səadət Ağakişiyeva və Səbinə Novruzova yer alıblar.

Sonra MDU-nun Pedaqoji, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrinin ifasında Nizami əsərlərindən müxtəlif parçalar və qəzəllər səsləndirilib.

Münsiflər heyəti tərəfindən tələbələrin müvafiq qaydada qiymətləndirilməsindən sonra qaliblər müəyyən olunub. MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Nihad Cəfərli 1-ci, Pedaqoji fakültənin tələbələri Elnarə Hüseynova 2-ci, Xədicə Namətova isə 3-cü yerə layiq görülüblər.

Sonda çıxış edən hər iki universitetin əməkdaşları qalibləri təbrik edib, dahi Nizami Gəncəvinin xalqımızın mədəni sərvətinə çevrilən əsərlərinin gənclər arasında təbliğinin önəmindən danışıb və bu məqsədlə həyata keçirilən birgə tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Xəbərlər

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir
19/06/2025

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb
19/06/2025

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş
18/06/2025