BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında ikili diplom proqramı imzalanıb

08/09/2021

Bakı Dövlət Universiteti (BDU) və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında Neft kimyası ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

102 yaşını qeyd edən Bakı Dövlət Universitetində (BDU) tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və Universitetin beynəlxalq rəqabətliliyinin artırılmasına xüsusi diqqət yetirilir. Dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür.

Reallaşan layihələrdən biri də BDU və QMTTU arasında BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Bioloji Texnologiyalar İnstitutunun magistratura proqramı bazasında “Neft kimyası” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramıdır.

Layihənin məqsədi neft-qaz kimyası, yanacaqlar, təbii karbohidrogen ehtiyatları əsasında texniki əhəmiyyətli maddələrin alınması sahəsində hərtərəfli biliyi olan, müasir düşüncəyə sahib, problemlərin həllini bilən, eləcə də onları real olaraq tətbiq etmək bacarığına malik mütəxəssislərin hazırlanmasıdır. İkili diplom layihəsində təhsil alanlar neft kimyası, kimya mühəndisliyi elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif etmək, onları effektiv həll etmək bacarıqları əldə edəcəklər.

Qeyd edək ki, QMTTU-da neft kimyası və kimya mühəndisliyi sahəsində yüksək səviyyədə bakalavr, magistr və doktorant hazırlığı həyata keçirilir. Universitet QS dünya universitetləri reytinqində 501-510-cu, QS ECCA reytinqində isə 69-cu pillədə yer alır. Universitetdə 114 tədris və tədqiqat laboratoriyası fəaliyyət göstərir. Satbayev Universiteti dünyanın 174 aparıcı ali təhsil müəssisəsi və 450 nüfuzlu şirkəti ilə əməkdaşlıq edir.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024