BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqinə dair birgə təlimi

11/04/2025

Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU)  arasında mövcud əməkdaşlıq çərçivəsində və BDU-nun Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Ali təhsil müəssisələrində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tətbiqi” mövzusunda akademik heyət üçün onlayn təlim təşkil olunub.

Təlimin açılışında BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov universitetlərarası tərəfdaşlığın əhəmiyyətini vurğulayıb, bu cür təşəbbüslərin ali təhsil müəssisələrinin akademik və institusional potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib. O, son illərdə BDU-da DİM-lərin tədris və tədqiqat prosesinə inteqrasiyası istiqamətində həyata keçirilən fəaliyyətlər haqqında məlumat verib.

Təlim çərçivəsində QMTTU-nun Dayanıqlı İnkişaf Məqsədləri üzrə Layihə Ofisinin baş meneceri Aliya Jaksılıkova, meneceri Rustam Axmetov, eləcə də İnstitusional və elmi-metodik tədqiqatlar şöbəsinin müdiri Emil Andekin təqdimatlarla çıxış ediblər.  Təqdimatlarda ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin formalaşmasında DİM-lərin inteqrasiyasının mühüm rolu xüsusi vurğulanıb.

Təlim interaktiv müzakirələrlə davam edib. İştirakçılar DİM-lərin tədris, tədqiqat və ictimai xidmət fəaliyyətlərinə inteqrasiyası, bu sahədə qabaqcıl təcrübələr barədə fikir mübadiləsi aparıblar.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026